backend

Hakerlər “Le Monde”ni dağıtdılar - FOTO

Hakerlər “Le Monde”ni dağıtdılar - FOTO






















“Mən Şarli deyiləm”

Hakerlər Fransanın ən böyük qəzeti “Le Monde”nin Twitter hesabını dağıdıblar. Onlar hesaba “Mən Şarli deyiləm” şüarını, eləcə də ABŞ-ın rəhbərik etdiyi beynəlxalq koalisiyanın Suriyanı bobardman etməsinə qarşı bəyanat yerləşdiriblər.

qaynarxett.az TASS-a istinadən xəbər verir ki, yerləşdirilən şüarlar arasında Fələstinə və Afrikada “acından ölən” xalqlara dəstək bəyanatları da yer alıb. “Mən Şarli deyiləm” şüarını Charlie Hebdo həftəlik satirik jurnalında Məhəmməd peyğəmbərin karikaturasının dərc edilməsinə qarşı çıxış edənlər istifadə edir.

Nəşrin Twitter-ini dağıdanlar özlərini Suriyanın hakimiyyətyönümlü elektron ordunun üzvləri adlandırıblar.

Fransız qəzeti müvəqqəti olaraq Twitter səhifələrinə girişi bağlayıb. Səhifənin əvvəlki vəziyyətə qaytarılması üçün mütəxəssislərə bir saatdan artıq vaxt lazım olub.

Suirya elektron ordusu “Le Monde”nin Twitter səhifəsinə 19 və 20 yanvar tarixlərində uğursuz hücumlar edib. Nəşrin hesabına giriş şifrəsi almaq üçün hakerlər nəşrin əməkdaşlarına kompüter virusu olan mesajlar yollayıblar.

Hakerlərin “Le Monde”nin internet saytını sındırmaq cəhdləri boşa çıxıb.

Le Monde – sol liberal həftəlik axşam qəzetidir. O, 320 min nüsxə tirajla çap edilir. Qəzet 1944-cü ildə dekabr ayının 19-da Şarl de Qollun sərəncamı ilə təsis edilib. 1995-ci ilin dekabr ayının 19-dan isə qəzet internet versiyası fəaliyyət göstərir.

Hakerlər “Le Monde”ni dağıtdılar - FOTO