backend

Facebook dünya iqtisadiyyatına 227 milyard dollar gəlir gətirib

Facebook dünya iqtisadiyyatına 227 milyard dollar gəlir gətirib






















Sosial şəbəkə kiçik biznesin yeni dalğasını yaratmağa yardım etdi

Dünyada 1,35 milyard fəal istifadəçisi olan Facebook, ötən ilin nəticələrinə görə dünya iqtisadiyyatına 227 milyard dollar gəlir gətirib. Bundan başqa, Mark Zukerberqin şirkəti 4 milyon yarım iş yerinin yaranmasına vasitəçilik edib. Facebook-un sifarişi ilə Deloitte & Touche konsaltinq şirkətinin apardığı tədqiqatın nəticələri belədir.

qaynarxett.az xarici KİV-ə istinadən xəbər verir ki, D&T analitikləri sayta aidiyyatı olan istənilən təsərrüfat fəaliyyətini, o cümlədən mobil qurğular üçün əlavələr, oyunlar, brend səhifələrini və s. hesablayıblar. İqtisadi fəallıq həmçinin, Facebook-a qoşulmağın labüdlüyünü meydana çıxaran, qacetlərə və internet-xidmətlərə olan tələbatı özündə birləşdirirdi.

“Hesab edilir ki, İT sektorunda iş yerləri yaradan texnologiya digər sahələrdə onları yox edir, bu tədqiqat bunun belə olmadığını sübut edir” - tədqiqatın nəticələrini şərh edən şirkətin əməliyyat direktoru Şeril Sandberq Reuters agentliyinə bildirib.

Onun sözlərinə görə, Facebook kiçik biznesin yeni dalğasını yaratmağa vasitəçi oldu, bura dəbdən tutmuş fitnesə qədər demək olar ki, bütün sahələr aiddir. Bir çox şirkətlərin biznesi sosial şəbəkədən asılıdır, axı onun yardımı ilə həmin şirkətlər yeni müştərilər cəlb edir, xidmət təklif edir və mallarını realizə edə bilirlər.