backend

48 saylı notariat kontorunun İŞİD-ə qədər gedib çıxan saxtakarlıqları - VIDEO

48 saylı notariat kontorunun İŞİD-ə qədər gedib çıxan saxtakarlıqları - VIDEO




















Son günlər ölkə mətbuatı Suriyaya gedən şəkili ailədən yazır

Qısa xatırlatma üçün olaya nəzər salaq. Rayonun Daşüz kənd sakini İbrahim Məmmədovun qayınanası, bacanağı, baldızı və həyat yoldaşı üç azyaşlı uşağını da götürərək Suriyaya qaçıb. Ata uşaqların ölkə ərazisindən çıxarılması üçün heç kimə etibarnamə verməyib. Yazılanlardan məlum olur ki, uşaqların dayıları İŞİD-ə qoşularaq Suriyada vuruşur. Bizi məsələnin siyasi tərəfi maraqlandırmır. Və bunu bir kənara qoyuruq. Bizi azyaşlı uşaqların ölkədən çıxması üçün düzəldilən saxta etibarnamə maraqlandırır. Mətbuatın yazdığına görə azyaşlı uşaqların anaları ilə birgə dövlət sərhəddimizi keçməsi üçün 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu saxta sənəd hazırlayıb.
Düzdür, Səadət Hüseynov bunu inkar edir. Amma ortaya xeyli sayda suallar çıxır:
1.ölkədə onlarla özəl və dövlət notariat kontorları olduğu halda niyə MƏHZ 48 saylı kontorun adı hallanır?
2. Səadət Hüseynov deyir ki, saxta sənəddəki imza mənə məxsus deyil. Əlbəttə, heç kim saxta sənədə öz imzasını qoymaz, o cümlədən, Səadət Hüseynov da.
3. imzanın saxtalığının müəyyən edilməsi çox uzun və mürəkkəb prosesdir. Bunu az vaxtda kim və necə müəyyən elədi..? Həm də söhbət bir deyil, bir neçə imzadan gedir…
4. Səadət Hüseynov deyir ki, həmin ailə ilə heç bir yaxın alaqəm yoxdur… Saxta etibarnamə vermək üçün yaxın, ya da qohum olmağa ehtiyac yoxdur.
5. Səadət Hüseynov deyir ki, "sənədi mənə göstərdilər…sənəddəki imzanın mənə məxsus olmadığını gördülər…”. Görəsən, baxmaqla imzanın saxta olduğuna kim zəmanət verə bilər?
6. Səadət Hüseynov öz açıqlamasında qeyd edir ki: "Bizdə Ədliyyə Nazirliyi tərəfindən verilmiş kod və nömrələr kitabı var. Onlar reyestr jurnalına, əqd isə kitabçaya yazılmalıdır. Həmən reyestrdə olan əqd başqa bir adamın əqdidir. Bir də mənim Şəki ilə bağlılığım necə ola bilər?”. Görəsən, saxta etibarnaməni hansı ağıllı notarius reyestr jurnalına, yaxud kitabçaya yazır? Həm də Şəki ilə bağlılığa nə ehtiyac var?
Notarius Səadət Hüseynovun sözlərinə görə, sənəd orijinal sənəddən demək olar fərqlənmir və diqqətlə baxan zaman yalnız imzada cüzi kölgələri görmək mümkündür və s.
Biz o fikirdə deyilik ki, saxta etibarnamə Səadət Hüseynov tərəfindən verilib, ya da onun İŞİD-lə əlaqsəsi var. Ancaq onun bütün arqumentləri gülməlidir. Bax, bu şübhələnməyə əsas verir. Əlbəttə, son sözü müvafiq dövlət orqanları deyəcək.
Həm də 48 saylı notariat kontorunun adı birinci dəfə deyil ki, mənfi olaylarda hallanır.
Bir müddət əvvəl mətbuatda 48 saylı kontorun saxta sənəd verməsindən bəhs edirdi. Yazılanlardan məlum olurdu ki, Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən 2 mart 2004-cü il tarixli 802-1 saylı sərəncamla Nəsibov Habil Şoto oğlunun adına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 200 kvadratmetr torpaq sahəsinə 48 saylı Notariat kontorunun rəhbəri Səadət Hüseynov tərəfindən saxtalaşıdırılaraq Özgüvən Asiyə Müntaz qızının adına saxta etibarnamə verilib.
Zərərçəkən bildirirdi ki, onun iştirakı olmadan 48 saylı notariat kontoru Türkiyə vətəndaşı olan Asiyə Özgüvənə mənim adımdan saxta etibarnamə verib və mənə məxsus torpaq sahəsi xəbərim olmadan satılıb. Şikayətçi sonda tələb edirdi ki, əməlində cinayət fatkı olan Səadət Hüseynovla bağlı hüquqi tədbir görülməlidir və bu barədə ədliyyə naziri Fikrət Məmmədova və hüquq-mühafizə orqanlarına müraciət edəcəm. Buna nə deyirsiniz, cənab Səadət Hüseynov? Bəlkə, əlavə faktlar gətirək? Baş DYP İdarəsinin inzibati binasında yerləşən 48 saylı notariat kontorunin müdiri Səadət Hüseynovun Baş DYPİ-nin Dövlət İmtahan-Qeydiyyat Komissiyasının rəisi Müşfiq Rəhimovla yeznə-qayın olması da ona əlavə " stimul ” verir.
Məlumat üçün bildirək ki, Səadət Hüseynov ilk addımlarını Xırdalanda "notarius Ramiz”in yanında atıb və xeyli təcrübə keçəndən sonra 48 saylı notarius kontoruna müdir təyin olunub. Səadət müəllim hərdən hansısa mal-mülk sahibinin özünün iştirakı olmadan belə yaxın tanışlarına nəyinsə qarşılığında etibarnamə verir. Və belə " yağlı məsələləri” Xızı rayonunda yerləşən özünə məxsus olan notariat kontoru vasitəsilə həyata keçirir.
Vaxtilə 2001-2004-cü illərdə Səadət müəllimin bu əməllərindən Binəqədi RPİ-yə (kontorun binası bu rayonun ərazisində yerləşdiyi üçün ) şikayətlər daxil olanda o vaxtkı rəis Cavadağa Sultanov şikayətləri cırıb zibil qabına atırdı. Çünki rəis Cavadağa Sultanovla Səadət müəllim həm yaxın dost, həm də şərik olublar. Hazırda Səadət müəllimin köhnə dostu axtarışdadır…
Səadət Hüseynovun başqa "xobbi”ləri də var. Bunun da səbəbi pulun çox olmasından irəli gəlir. Səadət Hüseynovun yaxın dostlarından biri də Hacı Asifdir. Hacı Asifin adı vaxtı ilə mətbuatda Təhsil Nazirliyinin keçmiş "maliyyə bosu” sayılan Şahrza Əliyevlə hallanırdı.
Bir sözlə, əsas sual budur: Niyə məhz 48 saylı kontorun adı hallanır?
Bunu obyektiv araşdırmalar ortaya qoyacaq. (qafqaznews.az)