backend

Abşeron İcra Hakimiyyətində sənəd alveri

Abşeron İcra Hakimiyyətində sənəd alveri
















Zakir Fərəcovdan yeni qayda: birmərtəbəli evin sənədlərini almaq hər kvadratmetr üçün 10 manatdır

Abşeron rayonunda torpaq sahəsi almaq bir müsibətdirsə, onu sənədləşdirib, üzərində ev tikmək bir ayrı məşəqqətdir. Evin eskiz sənədinin hazırlanmasından tutmuş, neçəmərtəbəli ev tikməyə qədər hər birinin ayrı-ayrı xərcləri var. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görəAbşeron rayon İcra Hakimiyyətinin əsas gəlir mənbəyi olan bu məsələdə birmərtəbəli evin sənədlərini almaq hər kvadratmetr üçün 10 manatdır. Amma yeni tikiləcək evin sahəsi kiçik olsa belə, ilkin rəqəm 1000 manatdan aşağı olmur. Eyni zamanda, ora bəzi kağız-kuğuzların qiyməti aid deyil. Ev iki mərtəbə olduqda isə bu rəqəm 2300 manata, üç mərtəbəyə qalxdısa artıq rəqəm 6000 min manatdan aşağı olmur.
Maraqlı məqam odur ki, bu işə cavabdeh olan Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi əsl bazardır. Qapıdan içəri keçib, əlində pul istədiyin şəkildə sənədlərini alaraq, gedə bilərsən. Vay, o gündən ki, pulun olmaya və sənəd istəyəsən. Qapıdan buraxmamaqları bir kənara, günün birində torpağını da əlindən alarlar.
Redaksiyamıza daxil olan bir başqa məlumata görə, evlərin tikintisinə icazə verilməsi üçün yığılan pulların hamısı birbaşa icra başçısı Zakir Fərəcova çatır. Pulu yığanlar isə iddia edirlər ki, həmin pullar təkcə Zakir Fərəcova da çatmır və ondan yuxarılar da var. Ki, bu da icra başçısının blefi və özünə bəraət qazandırmaq cəhdi kimi qəbul edilir. Çünki alınan pulların hamısı Fərəcov və komandasına çatmasaydı, hər gün yeni-yeni imkanlara, maşınlara və villalara sahib ola bilməzdilər.