backend

İmişlidə DYP 80 manata qanunu necə satdı?

İmişlidə DYP 80 manata qanunu necə satdı?















Laçın rayonundan qaçkın düşmüş, məcburi köçkün Xəlil Cəfərov İmişli rayonunda yerləşən, regional qeydiyyat imtahan və texniki baxış şöbəsində başına açılan oyunlarla bağlı şikayət edibib

Xəlil Cəfərov bildirib ki, sözügedən qurumda açıq bazardı: " İnsanları heç milçək belə saymırlar. Çiyni paqonlular dövlətin onlara verdiyi səlahiyyətdən sui istifadə edərək Özbaşnaliq edirlər.Qanun qayda qalır qıraqda bunlar öz istədikləri kimi hərəkət edirlər. Təki cib pul ilə dolsun".
Xəlil Cəfərovun başına gələnləri onun öz dilindən olduğu kimi diqqətinizə çatdırırıq: "Bir müddət öncə mən İmişli regional qeydiyyat imtahan və texniki baxış şöbəsi barəsində bir sıra mediya orqanlarında çıxış etmişdim.Mən orada sürücülük vəsiqəsi üçün insanlardan 750-850 azn rüşvət tələb edilməsini açıqlamışdım. Eləcə də burada avtomobillərin texniki baxış üçün onlardan 20 azn əvəzinə 80-100 azn alındığını qeyd etmişdim. Mən faktlarla izah etmişdim ki,insanları burada çox get-gələ salırlar müraciət edən vətəndaşlara burada bürokratik əngəllər törədilir. Həmin dönəmdə məni də aldadıb texniki baxış üçün iki dəfə artıq 80 azn pul ödətdiriblər. Mənim davam pul davası deyil əgər bu 80 azn ilə bunlar varlı olacaqlarsa qoy olsun.Mənim tələbin budur ki, niyə vətəndaşları dövlətdən, dövlətçilikdən incik salırlar? Deməli hansısa üzdəniraq məmur varlanacaq deyənə vətəndaş incidilməli və dövlətdən incik salınmalıdır? Bu yazdıqlarımdan
sonra Laçın polis şöbəsi məni açıq şəkildə təhdid etməklə məşğuldur. Hətta ərazi nümayəndəmizə belə deyiblər ki, bir də belə yazı yazıb bu məsələni ictimailəşdirsə başı ağrayacaq. Mən nə deyirəm? Mən deyirəm ki, İmişli regional qeydiyyat imtahan və texniki baxış şöbəsində işləyənlər başda rəis Mirqafar Seyidov olmaqla sıravi işçilərə kimi hamısı qanunsuz işlərlə məşğuldurlar.Mən deyirəm ki,dövlət onlara paqon verib görəv verib ki,biz insanların qayğısına qalsınlar. Bəyəm bunu da şəxsən cənab prezident eləməlidir? Adına seyid deyir seyid rüşvət alar? İndi çəkilib durub kənarda deyir mən almamışam. Bəli bu pulu dələduzluq yoluyla məndən texniki baxışa baxan polis mayoru Ələsgər Ağayev alıb və deyir ki,pul şəxsən rəisə çatır. Mən onu başa sala bilmədim ki, mən pulu banka ödəmişəm,hətta qəbzləri də göstərdim. Deyir bura Azərbaycandır 80 manatı düş.Bəs onda banka ödənilən pul necə olsun. Bəlkə yalan deyirəm? Bizi Allah bir dəfə çox ağır sınağa çəkdi torpağımızı, dədə baba yurdumuzu,ulularımızın qəbirlərini belə itirdik. Fikirləşdik ki,eybi yoxdur bura da vətəndi qayğımızı çəkər,ancaq belələri ucbatından vətən də onun övladları da dilənçi vəziyyətində yaşamağa məhkumdurlar. Məni 80 manat yox qanunların belə ayaqlanması narahat edir.21-ci əsrdə Azərbaycanda polis zabitləri vətəndaşları aldadaraq rüşvət alır. Bu dəhşətdir, bu yolla hara gedirik? Bununla,bunlarla gedirik Avropaya? Mənim tələbim onların cəzalandırılmasıdır”.