backend

Cəmil Həsənli 20 yanvar həqiqətlərindən yazdı

Cəmil Həsənli 20 yanvar həqiqətlərindən yazdı















1990 il yanvar hadisələrinin baş verməsindən 25 il keçir. Bu müddət hadisənin tarixləşməsi üçün kifayət qədər böyük müddətdir. Azərbaycan müstəqillik tarixi salnaməsindən məhz 20 yanvar xalqımızın yaddaşına oturub və hər il heç bir xüsusi hazırlıq olmadan milyonlarla azərbaycanlı şəhidlər xiyabanını ziyarət edir. Tarixçi alim Cəmil Həsənli 25 illik zaman fasiləsindən o dövrün hadisələrinə ekskurs etmişdir. Onun Contact.az saytında dərc olunmuş yazısını oxuculara təqdim edirik.

Ötən əsrin 80-ci illərində Sovet cəmiyyəti böhran həddinə gəlib çıxmışdı. Bir-birinin ardınca dəfn olunan baş katiblər, əslində 70 il ərzində özünü doğrultmayan SSRİ-nin dəfninə cəmiyyəti hazırlayırdı. Siyasi sistemin yararsızlığı, iqtisadı həyatın səmərəsizliyi göz qabağında idi. İnzibati idarəçilik formalarının amirlik metodlarına söykənməsi artıq özünü doğrultmurdu. İdeoloji dayaqlar çürümüş, kommunizm haqqında nəzəri müddəalar ironiya mənbəyinə çevrilmişdi. Belə bir şəraitdə Qorbaçov reformaları ideya olaraq cəlbedici görünsə də, praktiki baxımdan uğursuzluğa məhkum idi. Çünki planlaşdırılan reformaların iqtisadı təminatı yox dərəcəsində idi, siyasi təminatı isə dayanıqlı deyildi. Marksizm-leninizm təlimi meydana çıxan suallara inandırıcı cavab verə bilmirdi. Mixail Qorbaçov yeni ideoloji podxod axtarışına çıxsa da, lakin bu heç də həmişə uğurlu nəticələr vermirdi. Dünya sosializm sistemini bürümüş böhrana Sovet milli respublikalarında dərinləşən milli, sosial və iqtisadi çətinliklər əlavə olunurdu.

Qorbaçov reformalarının milli respublikalarda işlək mexanizmi yox idi. Real iqtisadi göstəricilər elan olunan rəsmi rəqəmlərdən çox fərqli idi. Rəqəmlərin şişirdilməsi adi hal almışdı. Rəqəmlər şişirdildikcə sosial-iqtisadi həyat, əhalinin yaşayış səviyyəsi aşağı düşürdü. Böhran dərinləşdikcə partiya nomenklaturası real həyatdan daha çox ayrılıb kabinet həyatına üstünlük verirdi. Real həyatda cavabı tapılmayan sualların sayı çoxalır, dairəsi genişlənirdi. Yerli partiya təşkilatları onların rahatlığını pozan yuxarıdan başlanan islahatların nəticə verəcəyinə inanmırdılar. Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1987-ci ilin yanvar ayında keçirilən plenumunda "aşkarlıq və demokratiya xəttinin” qəbul edilməsi mühafizəkarlarla islahatçılar arasında balansı ikincilərin xeyrinə dəyişdi.[1] Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş məsul əməkdaşı, Rusiyanın Azərbaycandakı hazırkı səfiri Vladimir Doroxin haqlı olaraq yazır ki, "проявлялось все больше признаков недееспособности советской экономики. Предложенные М.Горбачевым меры по ускорению не работали. Нестерпимым становился дефицит продовольствия и товаров широкого потребления. Росла социальная напряженность”.[2] Lakin ən maraqlısı ondan ibarətdir ki, Mərkəzdən fərqli olaraq yerlərdə islahatçıların sosial bazası yox idi. Pribaltika respublikaları istisna olmaqla milli respublikalar öz təbiətinə görə mühafizəkar məzmuna malik idilər. Onlar bəzən aşkarlığı nəbz yoxlaması kimi dəyərləndirir, demokratiyanı dövlət təhlükəsizliyi orqanlarının yerli idarəçilərin ağzını araması kimi başa düşür və bütün vasitələrlə gedən proseslərdən ehtiyatlanırdılar. Azərbaycan KQB-nin keçmiş sədri Vaqif Hüseynov 2013-cü ildə Moskvada nəşr olunmuş xatirələrində etiraf edir ki, "политическом руководстве Азербайджана были убуждены в кратковременном характеры горбачевского курса”.[3]
Baş verən proseslər Azərbaycan üçün də gözlənilməz idi. 1987-ci ilin oktyabr plenumunda uzun müddət (1969-1982-ci illərdə) respublika partiya təşkilatına rəhbərlik etmiş SSRİ Nazirlər Sovetinin birinci müavini (1982-1987-ci illər) Heydər Əliyevin vəzifədən və Siyasi Büro üzvlüyündən azad edilməsi Azərbaycanda yerli rəhbərliyin dəyişməsini qaçılmaz edirdi. Belə də oldu. Uzun müddət Azərbaycandan kənarda diplomatik işlərdə çalışan keçmiş komsomol kadrı Əbdürrəhman Vəzirov 1988-ci ilin may ayında respublika partiya təşkilatının birinci katibi "seçildi”. Azərbaycanda dəyişikliklərə start verildi. Lakin bu dəyişikliklər Əiyev kadrlarının vurulmasından, vəzifələrdən uzaqlaşdırılmasından uzaq getmədi.[4] Cəmiyyətin həyatının ən müxtəlif sahələrində yığılıb qalmış çoxlu problemlərə regionu bürümüş milli münaqişələr də əlavə olunmağa başladı. SSRİ-də təxminən 20-yə qədər münaqişəli ərazilər var idi. Bunlardan ən üzdə olanı Dağlıq Qarabağ ətrafında başlanmış müzakirələr idi.[5] 1988-ci ilin fevralında Dağlıq Qarabağ muxtar vilayətində separatist meyllərin açıq müstəviyə keçməsi və xüsusilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında vilayət sovetinin qərarı Azərbaycanda hadisələrin dramatik mərhələyə keçməsi ilə nəticələndi.[6] Fevral ayının 21-də Siyasi Büro Dağlıq Qarqabağda başlanmış separatçı çıxışları müzakirə edərək belə qərara gəldi ki, никаких сейчас территориальных изменений вообще, в принципе, и в данном случае.[7] Stepanakertdəki (Xankəndi) hadisələri qiymətləndrərkən Qorbaçov Siyasi Büronun iclasında etiraf edirdi ki, "импульсы идут из Армении”.[8] Lakin bu "импульс”-un qarşısını almaq üçün praktiki olaraq heç bir iş görülmür, hətta Moskva tərəfindən ermənilərin separatist tələbləri bəzən "aşkarlıq və plüralizm şousunda” himayə edilirdi. Bunu hadisələrin ilk başlanğıcında Əfqanıstan məsələsinin tənzimlənməsi, Dağlıq Qarabağda vəziyyət və digər məsələlərlə bağlı kütləvi informasiya vasitələri rəhbərləri ilə Sov.İKP MK-da keçirilən görüşdə yenidənqurmanın baş ideoloqu sayılan Aleksandr Yakovlev açıq şəkildə ifadə edirdi.[9] Qarabağda baş verən hadisələri Qorbaçov Heydər Əliyevin üzərinə yönəltmək istəyirdi və Siyasi Büronun iclasında qeyd edirdi ki, "очень часто фамилия Алиева склоняется в этих ситуациях, повторяется сделанном им в Карабахе заявление, что Карабах был и всегда будет азербайджанским».[10] Həmin ilin fevral ayının 28-də Sovet xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt hadisələrinin baş verməsi, "gənclik” şəhərində 26 erməni və 6 azərbaycanlının qətlə yetirilməsi milli qarşıdurmaları barışmaz müstəviyə yönəldirdi.[11] Çox təəssüf ki, Sumqayıt hadisələri başlanana qədər yox, məhz faciə baş verdikdən sonra Siyasi Büro qərara gəldi ki, "там нужно показать «руку власти».[12] Sov. İKP MK Siyasi Bürosunun hadislərdən dərhal sonra, fevral ayının 29-da keçirilmiş iclasının materiallarından aydın olur ki, Mərkəz istər Azərbaycanda, istərsə də Ermənistanda baş verən hadisələrdən xəbərdardır. Həmin iclasda qarşıdurmanın gərginləşməsini Qorbaçov belə izah edir: "Азербайджанцы начали бежать (из Армении – Дж.Г.), опасаясь расправы и заявляя, что житья не дают им в Армении. Вот это послужило толчком”. [13] 1988-ci ilin payızında Ermənistanın yalnız Quqark rayonunda 70 azərbaycanlı dinc vətəndaş qətlə yetirilmişdi. Silahlı dəstələrin hücumlarından canlarını qurtarmaq üçün azərbayanlı əhali tez-tez Ermənistan-Türkiyə sərhədlərinə sığınmalı olurdular. Qorbaçovun 1988-ci ilin fevral ayının 23-də hər iki xalqa müraciəti, Sov.İKP MK-nın Dağlıq Qarabağda sosial-iqtisadi inkişafı sürətləndirmək haqqında 24 mart tarixli qərarı, SSRİ Ali Soveti Rəyasət Heyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı hər iki respublikaya 23 mart tarixli müraciəti, mövcud ixtilafı hər iki xalqın xeyrinə həll etmək barədə 18 iyul tarixli qərarın vəziyyətin sabitləşməsinə ciddi təsiri olmadı.[14]
1988-ci ilin may ayının 18-də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi tələbi ilə Bakının baş meydanında mitinqlərə start verildi. Həmin ilin payızında Ermənistan SSR-dən qovulmuş azərbaycanlı qaçqınlara Dağlıq Qarabağ muxtar vilayəti ərazisindən qovulmuş azərbaycanlı qaçqınlar da əlavə olundu. Qaçqın dalğası altında respublikanı xaos bürüdü. Məhz, ərazi bütövlüyü uğrunda mübarizə fonunda genişlənən xalq hərəkatının gedişində SSRİ tərkibində suverenliyə nail olmaq ideyası ətrafında Xalq Cəbhəsinın yaradılmasına təşəbbüs edildi. Bu məqsədlə yaradılmış təşəbbüs qrupu 1988-ci ilin 17 noyabrından – 5 dekabrına qədər keçirilən 18 günlük fasiləsiz mitinqlərdə Xalq Cəbhəsinin proqram layihəsini əhali arasında yaydılar. Həmin ilin noyabr ayının 24-də Bakı şəhərində fövqəladə vəziyyət elan olundu və "milli və irqi ayrıseçkiliyi” qızışdıranlara qarşı mübarizə adı altında 344 cinayət işi qaldırıldı və 1300 nəfər şəxs isə inzibati qaydada cəzalandırıldı.[15] Fövqəladə vəziyyətdən istifadə edərək Dağlıq Qarabağı Azərbaycanın nəzarətindən çıxarmaq üçün Moskva daha bir addım atdı1989-cu ilin yanvar ayının 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Azərbayca SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar verdi. Arkadi Volski bir başa Moskvaya tabe olan müvəqqəti yaradılmış Xüsusi İdarə Komitəsinin sədri təyin edildi və konstitusiya üzrə vilayətin Azərbaycana və yerli hakimiyyət orqanlarına aid olan idarəçilik funksiyaları ona verildi.[16] Əslində belə bir təkliflə hələ bir il əvvəl Sov.İKP MK katibi A.Yakovlev M. Qorbaçova müraciət etmişdi. O, 1988-ci ilin yanvarında Baş katibə yazırdı ki, "функционирование Нагорно-Карабахских областных органов управления временно поставить под непосредственный контроль центральных органов страны”. Bunun ardınca Yakovlev təklif edirdi ki, "в дальнейшем вести дело к тому, чтобы преобразовать область в aвтономную республику”. Onun fikrincə, "такой подход...не должен вызывать возрожения ни с одной стороны – азербайджанцы сохраняют территориально-админстративный статус-кво. [17] Армяне получают факт функционирования органов управления, непосредственно подконтрольного центру”. Hadisələrin sonrakı gedişində 1989-cu ilin iyul ayının 16-da yarım-leqal şəraitdə Xalq Cəbhəsinin təsis konfransı keçirildi və respublika nazirlər soveti həmin ilin oktyabr ayının 5-də xalq kütlələrinin təzyiqi altında Xalq Cəbhəsini qeydiyyata almağa məcbur oldu. Artıq 1989-cu ilin yayından başlayaraq vəziyyətə nəzarət kommunist partiyasından tədricən Xalq Cəbhəsinə keçirdi. Bu rəsmi qeydiyyatdan bir neçə həftə əvvəl məhz, Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali Soveti 1989-cu ilin sentyabr ayının 23-də növbədənkənar sessiya çağırıb "Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. Sənəddə respublikanın SSRİ-nin tərkibindən çıxmasınının reqlamentini müəyyənləşdirən bəndlər salınmışdı.[18]
Bakıda qəbul edilmiş suverenlik qanunu SSRİ-də bu tipli ilk qanun idi və onun qəbul olunması istər Sovet respublikalarında, istərsə də dünyada çox böyük marağa səbəb oldu. Bu qanun Azərbaycan milli hərəkatının beynəlxalq nüfuzunu xeyli artırdı. Sentyabr ayından başlayaraq ölkəni tətillər dalğası bürüdü və bundan sonra etiraz aksiyaları yüksələn xətlə getməyə başladı. Gündən-günə genişlənən xalq hərəkatının təzyiqi ilə 1989-cu ilin noyabr ayının 28-də SSRİ Ali Soveti Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etməli oldu. Elə həmin qərarla muxtar vilayətin idarəsi SSRİ Ali Soveti xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR təşkilat komitəsinə tapşırıldı.[19] Bundan 3 gün sonra dekabr ayının 1-də Ermənistan Ali Sovetinin "Dağlıq Qarabağın Ermənistan SSR-yə birəşdirilməsi haqqında” qərar qəbul etməsi Azərbaycanda vəziyyəti Sovet orqanlarının nəzarətindən çıxardı.[20] Ermənistan Ali Sovetinin bu qərarı ilə bağlı Azərbaycan kompartiyasının birinci katibi Vəzirov Qorbaçova zəng etdikdə Mixail Sergeyeviç cavab verdi ki, "они в одностороннем порядке присоединли, вы в одностороннем порядке отсоединяйем”. Vəzirov cavab verdi ki, "Они используют части Советской Армии, Михаил Сергеевич, нужно с этим кончать немедленно! Поверьте, если Азербайджан потеряет Карабах, вы потеряете страну! Qorbaçov əsəbləşərək deyir: "Ты меня не пугай! Разошелся! Потеяю страну…Кроме, может быть Сталина, никто из руководителей не получал такой поддержки народа, как я”.[21] 1989-ilin dekabr ayının 27-də respublikanın cənub rayonlarından birində (Cəlilabad rayonu) kommunist partiyasının rayon təşkilatının və payon milisinin binaları dağıdıldı, Sovet orqanlarının fəaliyyəti dayandırıldı. İki gün sonra rayonda "Xalq hökuməti” adlanıdılan hakimiyyət fəaliyyətə başladı. Az sonra analoji hadisə Lənkəran və digər qonşu rayonlarda da baş verdi. Dekabr ayının 31-i axşamı isə Araz çayı boyunca 137 km. Bir məsafədə SSRİ-nin İranla Azərbaycandan keçən sərhəd qurğuları dağıdıldı. Arazın hər iki sahilində yaşayan azərbaycanılar çayı keçərək görüşdülər.

Maraqlıdır ki, tam heyətdə xidməti yerində olan sərhəd qoşunları baş vermiş hadisəyə biganə qaldılar və Azərbaycan SSR tərəfindən İranla sərhəd xəttinin dağıdılmasına müdaxilə etmədilər. Yalnız bundan sonra Moskva anladı ki, müttəfiq respublikalardan birinin SSRİ-dən çıxmaq təhlükəsi yaranıb və baş vermiş hadisələr özünün dramatik mərhələsinə daxil olub. İndi artıq heç kimdə şübhə doğurmurdu ki, 1990-cı ilin martında keçirilməsi planlaşdırılan Azərbaycan SSR Ali Sovetinə seçkilər Xalq Cəbhəsinin qələbəsi ilə nəticələnəcək.

Yeni il bayramları olmasına baxmayaraq Sov.İKP MK katibliyi təcili olaraq toplanıb Azərbaycandakı vəziyyəti müzakirə etdi. Katibliyin qərarında göstərilirdi: "В связи с обострением обстановки в приграничных районах Азербайджанской ССР считать необходимым направлть для оказания практической помощи партийным, советским и правоохранительным органам республики т. Гиренко А.Н. – Секретаря ЦК КПСС, т. Нишанов Р.Н. – председателя Совета Национальностей Верховного Совета СССР, т.т. Пирожкова В.П. (КГБ СССР), Лисаускаса С. Г. (МВД СССР), Клейменова А.Н. (Минобороны СССР), Абрамова ?.П. (Прокуратура СССР). На основании анализа обстановки, сложившейся в Азербайджанской ССР, внести, в зависимости от существа дела, предложения в ЦК КПСС, Президиум Верховного Совета СССР и Совет Министров СССР”.[22]
Bu zaman Moskvadan yeni dönən birinci katib artıq proseslərə nəzarətlə yanaşı, Kremildən olan dəstəyini də itirmişdi. "После очередного визита в Москву он вернулся без привычных цитат из бесед с Горбачевым. Стало ясно: Москва разочаровалось в бывшем дипломате и любимце советского комсомола”.[23]
Sov.İKP MK katibi Andrey Girenko Bakıya gələn kimi yanvar ayının 6-da respublika partiya təşkilatında müşavirə keçirdi və Moskvanın mövqeyini açıqladı. O, qeyd etdi ki, "НКАО – тот детонатор, который взорвал национальные чувства в стране. События, пожалуй, могут потерять управляемый характер”. Müşavirədə çıxış edən Vəzirov məsələnin belə qoyuluşu ilə razılaşmadı. O, əsas hücumu Heydər Əliyev tərəfdarlarının üzərinə yönəltdi və dedi: "На наших глазах идет агония антиперестроечных сил. В этих условиях нельзя следовать эмоциям. Очень важно- никакой паники, никаких панических настроений”.[24] Bir sıra MK üzvləri yaranmış vəziyyətlə bağlı Mərkəzin siyasətini kəskin şəkildə tənqid etdilər. Çıxışlarda qeyd olundu ki, "Азербайджан – кладовая богатства, единственная бездотационная республика страны, а живет хуже других”, "Азербайджанский народ испыеывает чувство национального одиночества”, "Страна не знает истины об НКАО”, "Сломали берлинскую стену – это хорошо, сломали проволочное, заграждение, разделявшее, как и стена, две части одного народа, - это плохо”, "Республика летит в пропасть, а руководство играет в аппаратные игры” və sair.[25] Azərbaycan KP MK katibi Həsən Həsənov öz çıxışında dedi ki, "проводимые под знаменем территориальный целостности забастовки на предприятиях Монголии мы называем справедливым делом. Аналогичные забастовки на предприятиях Азербайджана – действиями антиперестроечных сил”. O, respublika yüksək rəhbərliyini və Moskvanı kəskin şəkildə tənqid edərək bildirdi ki, Azərbaycan KP MK, Ali Sovet və Nazirlər Soveti öz işini köklü şəkildə dəyişməli, ictimai rəyi nəzərə almalı, demokratik dəyişiklikləri gücləndirməli, suverenlik haqqında qanunu işçi sənədə çevirməli, Azərbaycana münasibətdə Sov.İKP MK, ittifaq mətbuatı və ittifaq ictimai rəyi köklü şəkildə dəyişməli, respublikanın sosial-iqtisadi ehtiyaclarına Moskvanın diqqəti artırılmalı, Ermənistandan qovulmuş 160 min qaçqının və Özbəkistandan gəlmiş 30 min mesxeti türk qaçqınların iqtisadi-maliyyə təmiantı üçün İttifaq orqanları qərar qəbul etməli, Xüsusi İdarəçilik Komitəsi dövründə buraxılmış səhvləri düzəltmək üçün İttifaq orqanları addımlar atmalı, "необходимо полностью депортировать их НКАО незаконно проживающих там вооруженных экстримистов, называемых в народе "бородачими” и являющихся главными зачинщиками продолжающейся наприженности”, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Sov.İKP MK və SSRİ Ali Sovetinin birgə qərarı ilə birmənalı formada pislənməli və "о принятии бескомпромиссного целеустремленного союзного договора неоспромимости принадлежности НКАО Азербайджана”. Həsənov Moskva nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə tələb edirdi ki, Ermənistan Ali SovetininНКАО –nun Ermənistana anneksiya edilməsi ilə bağlı 1 dekabr 1989-cu il qərarı ləğv edilməli və günahkarlar cəzalandırılmalı, "в том числе и руководящих работников невзирая на лица”.[26] MK Katibi Həsən Həsənovun respublika partiya təşkilatının müşavirəsində səsləndirdiyi bu fikirlər həmin günlərdə Xalq Cəbhəsinin Bakı meydanlarında səsləndirdiyi tələblərlə tam səsləşirdi.

Həmin günlərdə Azərbaycan KGB-si vəziyyəti analiz edərək "О возможном развитии событий” adlı zapiska hazırlamışdı və sənəd SSRİ KGB-nə də göndərilmişdi. KGB-nin sədri Vaqif Hüseynov bu barədə müşavirədə məlumat verdi və qeyd etdi ki, "ЦК КПСС действует так, словно поставило перед собой цель дискредитировать Везирова и окончательно угробить компартия Азербайджана”. [27] Mərkəzi Komitədəki müşavirə ilə eyni vaxtda, yanvar ayının 6-da Azərbaycan SSR Elmlər Akademiyasının binasında Xalq Cəbhəsinin qurultay səlahiyyətli III konfransı işə başlamışdı. İki günlük müzakirələrdə respublikada və onun ətrafında yaranmış vəziyyət ətraflı şəkildə dəyərləndirildi. Əbülfəz Elçibəy başda olmaqla əsasən hərəkat daxilindəki liberal düşərgəni təmsil edən 14 nəfərdən ibarət yeni idarə heyəti seçildi.[28] Lakin hərəkat daxilində olan radikal xəttin tərəfdarları bununla razılaşmadı və yanvarın 13-də keçirilən mitinqdə Milli Müdafiə Şurasının yaradıldığı haqqında məlumat elan edildi. Şuranın sədri Əbülfəz Elçibəy olsa da qalan 4 üzvü (Э.Мамедов, Н.Панахов, X.Бахадур, Р.Казиев) bilavasitə radikallardan ibarət idi. "Это означало, по существу, провозглашение параллельной структуру власти. Она брала на себя осуществление контроля за обстановкой на местах, оказанием вооруженного сопротивление армянской агрессии”.[29] Mitinqin gedişində Bakıda erməni talanlarının başlandığı və hakimiyyət orqanlarının, xüsusilə milis orqanlarının hadisələrə müdaxilə etmədikləri barədə məlumatlar gəlməyə başladı. Talanlar başlandıqdan sonra SSRİ Daxili işlər nazirinin Bakıda olan müavini Liskauskas, Daxili qoşunların Bakıda yerləşdirilmiş 12 min şəxsi heyətindən talançılara qarşı istifadə edilməsinə icazə vermədi və ona qarşı deyilən tənqidlərə çox qısa olaraq belə cavab verdi: "Решайте вопрос с Москвой. Для наведение порядка мне нужна приказ и дополнительные силы”.[30] Yanvarın 13-dən 14-nə keçən gecə baş vermiş hadisələr zamanı erməni millətindən olan 32 nəfər qətlə yetirilmişdi. Hakimiyyət orqanlarının, xüsusilə, daxili qoşunların Bakıda olan hissələrinin qətllərin qabağını almağa heç bir cəhd göstərməməsi Moskvanın hansısa niyyətindən xəbər verirdi. Xalq Cəbhəsinin rəsmi orqanı olan "Azadlıq” qəzeti hələ 1989-cu ilin dekabr ayının 30-da çıxan sayında əhalini xəbərdar edirdi ki, milli zəmində hər hansı zorakılıq aktlarının baş verməsi yaxın dövrdə keçirilməsi gözlənilən Ali Sovetə seçkilər ərəfəsində Bakıda fövqəladə vəziyyət rejiminin və komendant saatının tətbiqi üçün hakimiyyət orqanlarına bəhanə verə bilər.[31] Yalnız Xalq Cəbhəsi fəallarının səyi nəticəsində həmin dəhşətli günlərdə yüzlərlə erməninin həyatını xilas etmək və qırğını dayandırmaq mümkün oldu. Yanvarın 15-də AXC idarə heyəti xüsusi bəyanatla çıxış edib bildirdi ki, "13.01.1990-cı il axşam və 14.01.1990-cı ilə keçən gecə Bakı şəhərinin ayrı-ayrı yerlərində şəhərin erməni əhalisinə qarşı zor işlədilməsi halları olmuşdur. Növbəti gün ərzində də kiçik miqyaslı cinayətlər olmuşdur. Rəsmi məlumatlara görə, iki gün ərzində 32 erməni öldürülmüşdür. Azərbaycanlılar arasında da qurbanlar var. AXC idarə heyəti baş vermiş cinayətləri nifrətlə pisləyir...Faktların ilkin araşdırması göstərir ki, cinayətlər hadisə yerindən dərhal yoxa çıxan xüsusi adamlar tərəfindən törədilmişdir. Bu, həmin adamların qabaqcadan hazırlandığını göstərir. Bəs onların arxasında hansı qüvvələr dayanır, təşkilatçı kimdir?”[32] Bu sual axıra qədər müəmmalı olaraq qaldı. Amma hadisələrin Bakıda fövqəladə əziyyət elan etmək istəyən qüvvələrin gizli əli ilə təşkil olunduğu bir fakt idi. Yanvarın 13-də Bakıda talanlar başlayandan sonra Moskvadan şifroqram gəldi ki, yanvar ayının 14-də Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, SSRİ Ali Soveti İttifaq Sovetinin sədri Yevgeni Maksimoviç Primakov partiya və hərbi ekspert qrupu ilə birlikdə Bakıya gəlir. Yanvarın 14-də bazar günü Primakovun və digər Moskva nümayəndələrinin iştirakı ilə respublika rəhbərliyinin toplantısı keçirildi. Vəzirov vəziyyət haqqında məlumat verdi. Primakov şəhərdəki erməni talanları ilə maraqlandıqda "Azərinform”un sədr müavinə S.Perets öldürülən ermənilərin sayı barədə məlumat verib əlavə etdi ki, "еще скажите спасибо Народному Фронту, что, сохраняя лицо своего народа, организовал эвакуацию армян на паром. Вместо вас, между прочим… А то считали бы убитых не десятками, а сотнями”.[33] Bu sözləri eşidəndə Primakov əsəbi formada dedi ki, "прекратите!” və əlavə etdi ki, "у нас сложилось впечатление, что республика вышли из-под контроля партийных органов. Блокированы воинские части, по городу идут погромы армян… Политбюро серьезно встревожено положением в Баку. Если упустить ситуацию, она больно ударит по республике. ? не только – по всей стране. Я предлагаю создать оперативный штаб, принять какие-то срочные меры”.[34] Moskvadan Bakıya ezam olunmuş Primakov, Girenko və digərləri, habelə Azərbaycan KP MK-nın birinci katibi Vəzirov belə qərara gəldilər ki, "предстоящая акция будет носить не погромный, антиармянский, а в первую очередь антиправительственный характер”.[35] Qəribə də olsa "оперативный штаб”ın birinci işi Primakov başda olmaqla müxalifət liderləri ilə görüşmək və habelə, idarə və müəssisələrdə görüşlər keçirib könüllü dəstələr yaratmağa cəhd göstərməkdən ibarət oldu. Yanvar ayının 15-də respublika televiziyası axşam birinci katib Ə.Vəzirovon Bakı soyuducular zavodunda fəhlələrlə görüşünü verdi. Burada o, əli silah tutan bütün gəncləri könüllü dəstələrə yazılmağa çağırır və onlara silah da veriləcəyini bildirirdi. Məhz, partiya komitələri könüllülərin siyahısını tuturdu, açıq-aydın görünürdü ki, böyük bir təxribat hazırlanır.[36] Partiya orqanlarının şübhəli şəkildə "cəsarətə gəlməsi” ilk növbədə xalq hərəkatının liderlərini qeyri-qanuni hərəkətlərə sövq etmək, sonra da hərəkata zərbə endirmək idi. Toplantını yekunlaşdıran Primakov respublika rəhbərliyinə belə bir təklif verdi ki, Siz cəbhəçilərlə ümumi dil tapmalısınız, "у нас в Политбюро тоже не все просто. Есть и упертые, но Михаил Сергеевич находит все же со всеми общий язык. Время лобовых атак давно ушло в историю. Сейчас – время компромиссов”.[37] Həmin günlərdə (14-16 yanvar) Xalq Cəbhəsi rəhbərliyi ilə Primakov 4 görüş keçirdi. Əsas müzakirə mövzusu hərbi obyektlərin və hərbi hissələrin, yolların blokadasının götürməsindən ibarət idi. O, Bakı qırğınından sonra keçirilən ilk plenumda qeyd edirdi ki, "можна сказать, что мы их буквально умоляли, говорили, что с армией нельзя шутить. Армия все равно прорвет блокаду”.[38] MK-dakı toplantıdan bir gün sonra Bakı şəhər partiya komitəsinin fövqəladə plenumu keçirildi və orada da Xalq Cəbhəsi nümayəndələri ilə danışıqların nəticələri müzakirə edildi. Bütün danışıqlarda cəbhəçilərin bilavasitə iki tələbi var idi: "решение Карабахского вопроса, отставка Везирова”.[39] Cəbhəçilərin bu tələbinə qarşı Girenko açıq şəkildə bildirmişdi ki, respublika rəhbərliyini Sov.İKP MK deyil, kütlənin dəyişməsi yolverilməzdir. [40] Xalq Cəbhəsi nümayəndələri ilə görüşdə Primakov hərəkatın lideri Əbülfəz Elçibəyə belə bir sual verdi: "Sizin məqsədiniz nədir?” Elçibəy cavab verdi ki, "demokratik seçkilərdə qələbə çalmaq”. Onda Primakov dedi ki, "bundan sonra Sovet İttifaqından ayrılmağa bir pillə qalır”.[41] "Bakıda vəziyyətə dair” Azərinformun yanvarın 15-də yaydığı məlumatda göstərilirdi ki, "E.M.Primakov və A.N.Girenko Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri ilə görüşmüşlər. Uzun sürən söhbətlər zamanı diqqət buna cəlb edilmişdir ki, vəziyyəti normal hala salmaq, qanunçuluğu və hüquq qaydasını təmin etmək üçün bütün tədbirlər görülməlidir. Qeyd edilmişdir ki, SSRİ-də demokratikləşmə ilə mövcud qanunların pozulması arasında heç bir əlaqə yoxdur, əksinə, demoratikləşmə qanunlara ciddi əməl edilməsini nəzərdə tutur”. [42] Xalq Cəbhəsi ilə razılığa gəlmək mümkün olmadıqda, Primakov Şeyxülislam Allahşükür Paşazadəyə təklif etdi ki, "respublikaya başçılıq etməyi” öz üzərinə götürsün.[43] Görünür bu təklif Azərbaycanda baş verənləri islam fundamentalizmi ilə əlaqələndirmək zərurətindən irəli gəlirdi.

Dağlıq Qarabağda hadisələrin silahlı müstəviyə keçdiyi və respublikada gərginliyin günbəgün artdığı bir məqamda nəhayət ki, 1990-cı ilin yanvar ayının 15-də Moskvanın çoxdan planlaşdırdığı qərar verildi. SSRİ Ali Sovetinin "Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyətin elan edilməsi haqqında” fərmanında Azərbaycan Ali Soveti Rəyasət Heyətinə tövsiyə edilirdi ki, Gəncə və Bakı şəhərlərində komendant saatı tətbiq etsin. Fərmanın 7-ci bəndində deyilirdi: "Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə təklif edilsin ki, əhalinin, müəssisələrin və təşkilatların təhlükəsizliyini təmin etmək üçün qüvvədə olan qanunvericiliyin... tələblərini pozmaqda müqəssir şəxsləri məsuliyyətə cəlb etmək üçün Bakı, Gəncə və digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görsün”. [44] Bu fərmanla yanaşı M.Qorbaçov artıq Azərbaycan rəhbərliyinə namizəd axtarırdı. Yanvar ayının 16-da o, Azərbaycan SSR Nazirlər Soveti yanında KGB-nin sədri Vaqif Hüseynova zəng edərək respublika partiya təşkilatına rəhbərlik etməyi ona təklif edir. Onun ardınca SSRİ KGB-nin sədri V.Kryuçkov Hüseynova zəng edib vəziyyət haqqında məluat alır. V.Hüseynov deyir: "Владимир Александрович, что происходит? Тысячи людей выбрасывают из Армении в Азербайджан. Теперь в Баку убивают людей, параллельно – многочасовые совещания, доклады в Москву. А там – многозначительное ожидание. Никто ничего не хочет делать. Что стоит за этим”. Крючков cavabında deyir ki, "вы же знаете, решение у нас принимается, к сожалению, поздно или вообще не принимаются. В Баку направлен Примаков. У него широкие полномочия. Постоянный контакт с Горбачевым. ?нформируйте Примакова по ситуации”. Sonra o, Qorbaçovla söhbətinə toxunaraq əlavə etdi ki, "готовьтесь к новой большой работе”.[45] Bu zaman artıq birinci katib Vəzirov öz istefasını Qorbaçovla razılaşdırmışdı. Yanvarın 18-dən etibarən onun kabinetində və onun stolunda Primakov oturur, respublikadakı proseslərə biləvasitə o, rəhbərlik edirdi. Həmin vaxt fasiləsiz mitinqlər artıq respublika kompartiyasının qarşısında gedirdi və MK-nın binası hər tərəfdən mitinqçilər tərəfindən mühasirəyə alınmışdı. Yanvarın 18-də Moskva nümayəndələri başda olmaqla MK binasında olan rəhbərlik mitinqə gəldi və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar etdi. Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Demək olar ki, bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, o cümlədən KGB-nin 7-ci idarəsinin "Alfa” qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət etməyə start vəziyyətdə idi.[46] Yanvarın 19-da səhər kompartiyanın birinci katibi Vəzirov MK binasına gələndə mitinqçilər hər tərəfdən binaya yolu bağlamışdılar. O, MK binasına buraxılmayanda respublika KGB-nin binasına yollandı. Son günlər həmin binada sahiblik edən SSRİ КГБ-nin birinci müavini Ге́ний Аге́ев məlumat verdi ki, səhər saat 8-də SSRİ Müdafiə naziri Dmitri Yazov və SSRİ Daxili işlər naziri Вади́м Бака́тин Bakı yaxınlığındakı Qala hərbi aerodramuna gəlmişlər. Oradan 4-cü ordunun qərargahına gələn nazirlər operativ müşavirə keçirdilər. Şəhərdəki vəziyyət haqqında məlumatı onlara artıq çoxdan Bakıda olan müavinləri, hərbi kəşfiyyat və əks kəşfiyyatın rəhbərləri məruzə etdilər. Burada Yazov elan etdi ki, в ближайшие 2-3 дня выйдет указ о введении чрезвычайного положения. Добавил, что надо как можна быстрее изолиривать лидеров НФА.[47]
Yanvar ayının 19-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin fövqəlada sessiyası Ermənistan SSR tərəfindən edilən hərbi təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşların həyatı təhlükə qarşısında qaldığından, 1921-ci ilin oktyabr ayında RSFSR-in iştirakı ilə Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etdi.[48] Yanvarın 19-da M.Qorbaçov "Barvixa” sanatoriyasında dincələn Heydər Əliyevə zəng edib onu hədələdi ki, "в Азербайджане творятся беспорядки и что виновником этих беспорядков являюсь” он. Qorbaçov xəbərdarlıq etdi ki, respublikada faktiki olaraq Sovet hakimiyyəti devrilib və bunun günahkarı da Heydər Əliyevdir və o, təcili olaraq hadisələrə təsir etmək barədə tədbirlər görməlidir.[49]
Yanvarın 19-da günorta Moskvadan gələn güc nazirləri 4-cü ordunun qəragahında son əməliyyat müşavirəsi keçirdilər. Bu zaman artıq kompartiyanın birinci katbi Vəzirov da KGB-dən ora gətirlilmişdi. Primakov və geniralitetlə qısa müşavirdən sonra Yazov Vəzirovu yanına çağıraraq dedi ki, он выполняет поручение Политбюро, который считает обстановку в Азербайджане чрезвычайно сложной, и вручил ему запечатанный пакет. Orada qısaca olaraq məlumat verilirdi ki, "он отзывается в распоряжение Политбюро ЦК КПСС”.[50] Ən elementar partiya nizamnaməsinə əməl etmədən, formal da olsa respublika partiya təşkilatının qərarı olmadan Azərbaycan partiya təşkilatının birinci katibi "demokratik islahatlar” adı ilə tarix səhnəsinə çıxmış Mixail Qorbaçov tərəfindən geri, Siyasi Büronun sərəncamına çağrılırdı. Həmin axşamı 4-cü ordunun qərargahında gecələyən Vəzirov yanvarın 20-si səhər tezdən Binə aerodromundan hərbi təyyarə ilə Moskvaya göndərildi.
Azərbaycan KP MK bürosunun üzvləri yanvarın 19-da Yazovla görüşüb Bakıya hücum əməliyyatını sabaha qədər təxirə salmağı xahiş etsələr də Yazov dedi ki, "мы вам дали достаточно времени”. [51]
Respublika rəhbərliyi SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkovla əlaqəyə girib dedilər: "мы вас умоляем, просим приказать Язову остановить до утра мероприятия. Утром соберем Бюро и решим все вопросы”. Onlar Rıjkova xəbərdarlıq etdilər ki, respublikada çoxlu rus əhalisi yaşayır və "вы ставите их в тяжелое положение. Ввод войск может вызвать к ним ненависть. Не надо этого делать. Дайте нам возможность до утра решить эту проблему”.[52] Lakin Moskvanı öz qərarından döndərmək mümkün olmadı. SSRİ DTK-nın "Alfa" qrupunun yanvarın 19-da saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatması ilə Bakının işğalı əməliyyatı başladı, respublikada televiziya verilişləri dayandırıldı. Mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi.
1990-cı il yanvarın 19-da Mixail Qorbaçov Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00-dan etibarən "Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” fərman imzaladı.[53] Respublika televiziyasının enerji bloku partladıldığından nə televiziya, nə də radio vasitəsi ilə fövqəladə vəziyyət haqqında fərman əhaliyə çatdırılmadı. Bununla da yanvarın 19-dan 20-nə keçən gecə ordu hissələri qabaqcadan xəbərdar edilmədən Bakı üzərinə hücuma keçdi. Bu əməliyyatda iştirak etmiş "əfsanəvi” general A. Lebed ordunun şəhərə doğru hərəkətini belə təsvir edirdi: "Самолет, в котором я летал, приземлился в густых сумерках на аеродроме Кала, сто в 30 километрах от Баку. Кругом ненавязчиво постреливали. Встретили меня начальник штаба дивизии полковник Н. Н. Нисифоров и командир Рязанского полка полковник Ю. А. Наумов… Начальник штаба доложил обстановки: Рязанцы и костромичи выгрузились, построились в колонны. Высылали разведку и выставили охранение. К действиям готовы!..Задача, - начальник штаба хмыкнул в темноте, - задачу доложит…командир полка. Меня не было, а он ее лично от министра обороны получил…
-Докладывайте, Юрий Алексеевич (Наумов – Дж.Г.), в чем дело? – сказал я.
-Разрешите воспроизвести, товарищ полковник?
-Ну, воспроизводи!
Министр обороны поднес мне к носу кулак и сказал: "Попробуйте, мать вашу так, не возьмите! Передайте Лебедю!”
-Это всё?
-Всё!
-А чего взять-то?
-Да Баку. Больше здесь и брать нечего”.
Задача - взять двухмиллионный город - милая и простенькая. Но тут я был вызван к телефону. Командующий ВДВ генерал-полковник Ачалов задачу уточнил и конкретизировал. Картина прояснилась. Я отдал предварительные распоряжения и пошел на КПП разбираться. До Баку 30 километров, чтобы успешно выполнить задачу, надо было вначале успешно выбраться с аэродрома… В соответствии с установкой и взяли город Баку – пропахали и проутюжили танками все, что встречалось на пути, вместе с людьми, естественно. А это все-таки не саперные лопатки, сравнительно недавно примененные десантниками в Тбилиси”.[54] Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyət elan olunana qədər Sovet ordusunun müdaxiləsi nəticəsində artıq 102 nəfər dinc vətəndaş öldürülmüşdü. Bu faciəni təhqiq edən Azərbaycan Respublikası Ali Soveti Komissiyasının rəyində göstərilirdi ki, şəhərin tutulması əməliyyatı nəticəsində 131 nəfər həlak olmuşdu. Onlardan 117-si azərbaycanlı, 6-ı rus, 3-ü yəhudi, 3-ü tatar idi. Onların 124 nəfəri kişi, 7 nəfəri qadın, 7 nəfəri isə yetkinlik yaşına çatmamış uşaqlar idi. İki nəfər "təcili tibbi yardım” işçisi həmin gecə öz xidməti vəzifəsinin icrası zamanı həlak olmuşdu. Bundan əlavə hərbi əməliyyatın gedişində 744 insan yaralanmış, dörd nəfər itkin düşmüşdü, 400 nəfər həbs edilmişdi. Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Əməliyyat zamanı "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdi.[55] Əməliyyat başa çatdıqdan sonra "İzvestiya” qəzetinin müxbiri Sovet qoşunlarının nə məqsədlə Bakıya girdiyini müdafiə naziri Dmitri Yazovdan soruşduqda, o, cavab vermişdi ki, qoşun şəhərə Azərbaycan Xalq Cəbhəsinin mövcud strukturlarını dağıtmaq üçün daxil olub.[56] Sonralar bu məsələyə qayıdaraq Yazov bidirmişdi ki, "войска в Баку спасли советскую власть”.[57]
Bakı hadisələri ətrafında sərt informasiya blokadası yaradılmışdı. Hətta, həmin günlərdə Azərbaycanda yayılan "Pravda”, "İzvestiya”, "Krasnaya zvezda” və digər mərkəzi mətbuatın eyni sayları Moskva və SSRİ-nin digər qalan yerlərindən bir sıra fərqliliklərlə çıxırdı. Respublika əleyhinə verilən materiallar, ordunun Bakı əməliyyatının "ümumxalq müdafiəsi” ilə bağlı aparılan geniş kampaniyalar mərkəzi qəzetlərin Bakıda nəşr olunan nömrələrinə daxil edilmirdi. İlk dəfə idi ki, Sovet mətbuatında belə fərqlilik müşahidə edilirdi. В связи с событиями в Баку 20 января днём в 14:00 Горбачёв выступил по телевидению и провёл пресс-конференцию в М?Д СССР. 21 января 1990 года бывший член Политбюро ЦК КПСС Гейдар Алиев выступив собрании в Постоянном представительстве Азербайджана в Москве подверг критике лиц, совершивших этот инцидент и он заявил, что считает этот акт противозаконным.

Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir: "Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün! Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi." "Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi. Hadisələr ətrafında beynəlxalq ictimai rəyi səfərbər etdiyinə görə Sovet orqanları "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi. Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından, dinc əhalinin, qadın və uşaqların gülləyə tutulmasından xəbər tutdu. Sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qəzeti 22 yanvar tarixli nömrəsində yazırdı: "Fövqəladə vəziyyət elan edilməsi üçün görülmüş tədbirlər nəticəsində guya qadınlar və uşaqların tələf olması barədə bəyanatlar aşkar fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək lazımdır ki, bu, qərəzli yalandır! Ondan məqsəd əhalini sovet ordusuna və hüquq mühafizə orqanlarına qarşı qaldırmaqdır".[58] Həmin günlər "Amerikanın səsi” radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə etmişdir. O, bu aksiyanı ermənilərlə azərbaycanlıların münasibətlərini qaydaya salmaq kimi şərh edirdi. Amerikada yaşayan azərbaycanlılar Bakıda baş vermiş 20 yanvar hadisələri ilə bağlı yanvar ayının 26-da Vaşinqonda nümayiş keçirmişdilər və bu aksiya Bakı qırğını haqqında həqiqətlərin yayılmasına kömək etmişdi.[59] Bu zaman Qərbin və ABŞ-ın diqqəti bilavasitə Pribaltika respublikalarında idi. Bunu Birləşmiş Ştatların dövət katibi James Baker 1990-cı ilin aprel ayının 10-da Kanada Baş naziri Brine Mulroney ilə görüşdə açıq şəkildə ifadə etmişdi. O, qeyd edirdiki, "относительно Литвы мы дали понять, что если они будут продолжать бороться с Литвой, даже без танков, то никакого прогресса в американо-советских отношениях не будет. Мы сказали, что наша болевой порог был ниже в отношении Литвы, чем Азербайджан. ("regarding Lithuania, we made it clear that we could not sustain progress in US – Soviet relations if they continued to crack down on Lithuania, even without tanks. We said that our pain threshold was lower redarding Lithuanian than Azerbaijan”).[60]
Bakıda baş vermiş qanlı hadsələrlə bağlı Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova yanvarın 20-də xüsusi bəyanatla çıxış etdi. O, bildirdi ki, respublikanın ali hakimiyyət orqanları Bakıda fövqəladə vəziyyət elan olunması haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinə razılıq verməmiş və onda iştirak etməmişdir. E.Qafqarova tökülən günahsız qanların məsuliyyətini bu qərarı qəbul və icra edən SSRİ orqanlarının üzərinə qoydu. Bəyanatda deyiirdi: "От имени азербайджанского народа, всех граждан республики заявляю решительный протест в связи с грубым нарушением суверенитета Азербайджанской ССР и обявлением Прездиумом Верховного Совета СССР чрезвычайного положения в столице рeспублики г.Баку, во исполнение которого была проведена жестокая акция против мирного населения с применением тяжелой боевой техники и автоматического оружия, приведшая к многочисленным человеческом жертвам, среды которых молодежь, женщины, старики и детей».[61] Yanvarın 21-də Ali Sovetin deputatlarının 1/3 hissəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin fövqəladə iclası keçirildi. Sessiyada SSRİ xalqlarına və dünyanın bütün xalqlarına və parlamentlərinə müraciət qəbul edildi. Sessiyada Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edildi. Baş vermiş hadisələri təhqiq etmək üçün 21 nəfərdən ibarət deputat istintaq komissiyası yaradıldı. Yanvar ayının 22-də Bakının işğalı zamanı həlak olmuş insanların dəfn mərasimi keçirildi. Orada 1 milyondan çox adam iştirak etdi. Xalq tərəfindən "Azadlıq” meydanı adlandırılan ərazidə və MK-nın binasının qarşısındakı divarlara bu sözlər yazılmışdı: "Tbilisi, Bakı. Bəs sonra hansı şəhər qətlə yetriləcək?”, "Горбачев, ты палач, ты лжец, ты враг перестройки”, "Qatil Yazov, Azərbaycandan rədd ol!”. Dəfn mərasimi kommunist partiyasının üzvlük biletlərinin kütləvi şəkildə atılması və yandırılması ilə müşayiət olunurdu. Düz bir il sonra bu hadisələr kiçik miqyasda Vilnyusda təkrar edildi. Lakin nə 18 nəfərin həyatı hesabına başa gəlmiş 1989-cu ilin aprelindəki Tbilisi hadisələri, nə də 13 nəfərin həyatı hesabına başa gəlmiş 1991-ci ilin yanvarındakı Vilnyus hadisələri Bakı qırğını ilə müqayisə edilə bilməz. Məsələ ölənlərin sayında deyildi, əməliyyatın miqyasında, keçirilmə formasında idi. Bu baxımdan 20 yanvar 1990-cı ilin Bakı əməliyyatı öz miqyasına və strateji hədəflərinə görə Sovet Ordusunun 1956-cı ilin Macarıstan, 1968-ci ilin Çexoslovakiya əməliyyatları ilə müqayisə edilə bilər. Sovet ordusu şəhəri işğal etməklə qələbə çalsa da bu, Qızıl (Qırmızı) ordunun "Pirr qələbəsi” oldu. Bakı əməliyyatından sonra SSRİ-nin dağılması qarşısı alınmaz prosesə çevrildi.

Yanvarın 22-də gecədən xeyli keçmiş Azərbaycan KP MK plenumu işə başladı. Qorbaçov Vəzirovun yerinə yeni təyinat üçün Bakıdan 3 rəhbər işçini dəvət etmişdi (Azərbaycan SSR Nazirlər Sovetinin sədri A. Mütəllibov, Azərbaycan KP MK katibi H.Həsənov və Bakı şəhər partiya komitəsinin katibi M.Məmmədov). Seçim edərkən Moskva A.Mütəllibovun üzərində dayanmşdı. Plenumun işi isə Moskvanın qərarını rəşmiləşdirmək oldu. Lakin birinci şəxs təyin olunsa da respublika rəhbərliyinə inam yox idi. Yanvarın 27-də Rıjkov, Şevarnadze, Kryuçkov, Axromeyev, Çernyayev, Şahnazarov, Yakovlev, Falin və Fedorovun iştirakı ilə Qorbaçovun kabinetində keçirilən toplantıda Almaniya Demokratik Respublikasındakı vəziyyət müzakirə edilirdi. Toplantıya Qorbaçov bu sözlərlə başladı: "Мы сейчас с ГДР как со своим Азербайджаном: не на кого опереться, не с кем иметь доверенных отношений”.[62] Lakin tək Mərkəzin respublikaya deyil, respublikanın da Mərkəzə etimadı itmişdi. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra bu etimadı bərpa etmək mümkün olmadı. "Qanlı Yanvar” hadisəsindən iki ay sonra keçirilən Xalq Cəbhəsinin məclisi Azərbaycanın SSRİ-dən kənarda tam dövlət müstəqilliyi uğrunda mübarizə apardığını bəyan etdi və 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul edildi.