backend

Bakıda məktəbdə ölüm hadisəsi

Bakıda məktəbdə ölüm hadisəsi























Polis məlumat yaydı

Bakıdakı 292 saylı orta məktəbdə ölüm hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında 292 saylı orta məktəbdə qeydə alınıb.

Orada mühafizəçi işləyən 50 yaşlı Fərman (soyadı hələ məlum deyil) qəfildən dünyasını dəyişib.

Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Ölümün səbəblərini müəyyənləşdirmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır.