backend

WhatsApp-ı bu gündən kompüterə quraşdırmaq olar – FOTO

WhatsApp-ı bu gündən kompüterə quraşdırmaq olar – FOTO






















O hələlik Google Chrome-da işləyir

Dünyanın məşhur WhatsApp ani məlumat paylaşımı (messencer) mobil proqramını istehsal edən şirkət onun veb-versiyasını da işə salıb.

qaynarxett.az xəbər verir ki, indi proqramı masaüstü kompüter yaxud noutbukda da istifadə etmək olar.

Hələlik o, yalnız Google Chrome brauzerində işləyir.

Veb-versiyada qeydiyyatdan keçmək üçün QR-kodlar sistemindən istifadə tələb olunur. Bunun üçün messencerə öz akkauntunuzla daxil olmalı, kompüterin ekranından QR-kodu oxumalısız. Bu zaman WhatsApp-ın versiyasının yenilənmiş olması vacibdir. Bundan sonra hər iki versiya – kompüter və mobil versiya əlaqələnirlər.

Yeni versiya yalnız Android, Windows Phone və BlackBerry-də işləyir. iOS (iPhone, iPad) üçün proqram hələ buraxılmayıb.

WhatsApp-ı bu gündən kompüterə quraşdırmaq olar – FOTO