backend

Bakıda oğlan xalası qızını qanına qəltan etdi

Bakıda oğlan xalası qızını qanına qəltan etdi






















14 yaşlı qız ona müqavimət göstərib...

Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Nəcəfov Seymur Məmməd oğlu Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı zorakılıq hərəkətləri etməyə başlayıb.

Qız müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib.

Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı azyaşlı qızda 3 bıçaq xəsarəti aşkarlanıb.

Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı rayon Polis İdarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.