backend

İki kişini qul kimi saxlayan azərbaycanlı məhkəmə qarşısında

İki kişini qul kimi saxlayan azərbaycanlı məhkəmə qarşısında















Rusiyada iki kişini qul kimi saxlayan azərbaycanlı məhkəmə qarşısına çıxarılıb

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Murmansk vilayətində yaşayan Azərbaycan vətəndaşı uzun illər qul əməyindən istifadə edib.
Akif Həsənli qul qismində Mançoqorsk şəhərindən olan iki kişinin əməyindən yararlanıb.
Prokurorluqdan yayılan məlumata görə, 2013-cü ilin mart ayında A.Həsənli mənzilini yığışdırmaq üçün tənha yaşayan kişinin sənədlərini alıb və onu hədələməklə öz evində saxlayıb.
Zərərçəkən evdəki müxtəlif təsərrüfat işlərini yerinə yetirib - mənzili yığışdırıb, uşaqlara baxıb.
İddiaya görə, bir müddət sonra Həsənlinin qohumu ona işləmək üçün ikinci şəxsi də gətirib. Onu da aldatma yolu ilə evə həbs ediblər.
Bununla kifayətlənməyən Azərbaycan vətəndaşı işlətdiyi şəxslərdən birinin evini satdıraraq pulunu alıb.
Yay aylarında isə o "qulları" işləmək üçün Leninqrad vilayətindəki bağına aparıb. Lakin onlardan biri fürsət taparaq qaçıb və başlarına gələnləri polisə danışa bilib.
A.Həsənliyə qarşı qul əməyindən istifadə və dələduzluq maddələri ilə ittiham irəli sürülüb.
Təhqiqat zamanı ittiham edilən şəxs günahını etiraf edib və əməlindən peşman olduğunu deyib.
Şəhər prokuroruluğundan verilən məlumata görə, qul əməyindən istifadə ittihamı olduqca nadir görnür. Hətta demək olar ki, son 10 ildə bu ittiham heç kimə qarşı irəli sürülməyib.
Azərbaycan vətəndaşı iki nəfəri hədə qorxu ilə evində saxlayıb işlətdiyi üçün 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.