backend

Azərbaycanda radikal vəhabilərin lideri Saakaşvilinin dostu imiş

Azərbaycanda radikal vəhabilərin lideri Saakaşvilinin dostu imiş















"Azərbaycanda radikal vəhabilərin lideri Veysel Orucov Borçalının Soğanlı kəndində yaşayır

O burada məscid tikdirib və Azərbaycan radikalları buradan idarə edir. Əsasən Küveytdən maliyyə dəstəyi alır. Radikallara qarşı çıxanları dərhal təqib edir. Onun Gürcüstan dövlət təhlükəsizlik xidməti və gürcü siyasi elitası ilə sıcaq münasibətləri var. Xüsusilə də Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və onun yaxın ətrafı ilə çox yaxındırlar". Bu barədə Soğanlı kənd sakinlərindən biri məlumat verib.
Soğanlı sakini deyir ki, o V.Orucovun radikallığına qarşı çıxdığı üçün kənddən qovulub: V.Orucovun əleyhinə çıxan kənddən dərhal uzaqlaşdırılır. Gürcüstan hakimiyyəti və xüsusi xidmət orqanları maraqlıdır ki, radikallar, xavariclər V.Orucovun ətrafına toplansın. Bunua qarşı çıxanları dərhal təqib edirlər. O radikalları Suriyaya cihada çağırır".
Mediada V.Orucovun dini qurumlara müdaxilə etdiyini, hətta ardıcıllarına fitva verdiyi barədə məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, V.Orucov Azərbaycandan Misir, Qətər və digər ərəb ölkələrinə gizli şəkildə tələbələr göndərir: "V.Orucov Azərbaycandan əsasən radikal fikirli təkfirçiləri və xəvaricləri təhsil almaq üçün Misirə, Qətərə və digər ərəb ölkələrinə göndərir. Həmin radikal təhsil görmüş insanlar da bir müddətdən sonra Azərbaycana qayıdır və Veysəlin təlimatlarına görə hərəkət edirlər. Məsələn, Ləzgi məscidində Ləzgi Anar kimi tanınan şəxs var. Bu adam məsciddə sərt rejim yaradıb. Camaatı cümə namazı qılmağa məcbur edir. O, gənclərə valideynlərinin icazəsi olmadan kəbin kəsir. Soruşduqda isə, "Onlar kafir olduğu üçün icazə lazım deyil”. (istiqlal.az)