backend

AZAL Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlara başlayır

AZAL Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlara başlayır






















Uçuşlar təxminən 4 saat 30 dəqiqə davam edəcək

Azərbaycan Hava Yolları (AZAL) QSC Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlara başlayır.

Bu barədə şirkətdəki mənbə məlumat verib.

Məlumata görə, mayın 2-dən start götürəcək uçuşlar Airbus təyyarələri ilə həyata keçiriləcək. Uçuşlar həftədə iki dəfə olmaqla (şənbə və bazar), təxminən 4 saat 30 dəqiqə davam edəcək.

Öz növbəsində AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli belə bir uçuşun planlaşdırıldığını bildirib.