backend

"Cinsi azlığın olduğu yerdə nəsil artmadan söhbət gedə bilməz"

"Cinsi azlığın olduğu yerdə nəsil artmadan söhbət gedə bilməz"































Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. İqtisadi-sosial baxımdan bu artıma hazırıqmı? Əhalinin artmasından hər hansı problemlər yaşaya bilərikmi? Bir dövlətin əhalisinin sayının artması nə deməkdir?

qaynarxett.az millət vəkili Məlahət İbrahimqızının hafta.az-a müsahibəsini təqdim edir:

- Əhalinin sayının artmasına ölkənin iqtisadi-sosial durumu imkan verir?

- Azərbaycanın iqtisadi-sosial həyatı əhalinin sayının nəinki 10 milyona, hətta 15 milyon olmağına da hazırdır. Əhalimizin sayı niyə artır? - ona görə artır ki, insanlar firəvan yaşayırlar. Sosial həyatları yaxışlaşır. Doğum evləri ilə apardığımız danışıqlardan belə bir nəticə əldə etmişik ki, həmişə 3 uşağı dünyaya gətirənlər az–az olurdu. Amma indi 4-5 uşağın dünyaya gəlməsini ailələr normal hesab edirlər. Bu da bizim cənab prezidentimiz İlham Əliyevin apardığı demoqrafiya siyasətinin nəticəsidir. Ailələrdə uşaqların sayının artması ilə bağlı təbliğat aparılır. Mesajlar verilir. Cənab İlham Əliyevin apardığı siyasət əhalimizin artımında heç bir problemin olmamağından xəbər verir. Bir dövlətin təhlükəsizlik konsepsiyası içərisində əsas yerdə demoqrafik təhlükəsizlik dayanır.

- Bir ölkənin gücünü əhalisi təşkil edir?

- Buna misal olaraq Ermənistanı göstərə bilərik. Üzdəniraq qonşularımızın gün-gündən məğlubiyyətə getməyinin səbəblərindən biri də əhalinin ölkəni tərk etməsidir. Ermənistan prezidenti özü səsləndirmişdir ki, 1 milyon yarımdan da az qalıblar. Bu da bir daha bizə güc verir ki, dövlətin gücünün, iqtisadiyyatının, siyasətinin əhalinin sayından asılı olduğunu söyləyək. Bizdə də bu inkişaf var. Cənab prezidentimiz deyir ki, qara qızılı insan kapitalına çevirəcəyik. İnsan kapitalı əhalinin sayının artması deməkdir. İqtisadiyyatın artması, inkişafı əmək resursudur. Əmək resursu da insandır.

- Bəs dünya üzrə əhalinin sayının artması ilə bağlı BMT-nin rəyi necədir?

- BMT-nin Əhali Fondu var. Bu qurum hər 10 ildən bir əhalinin sayının artması ilə bağlı proqnoz verir. Hesablamalara görə, 2050-ci ildə Ermənistan kimi dövlətlərdə əhali qalmayacaq. Azərbaycanın isə 2050-ci ilə kimi 15 milyon olacağı gözlənilir.

- Hər ailədə yalnız bir uşağın olması nə ilə nəticələnə bilər?

- Elmi faktlara, araşdırmalara əsasən deyə bilərəm ki, bir ailədə bir uşağın olması o millətin itməyə doğru getməsi deməkdir. Hansı ölkələrdə vətəndaş nikahı çoxdur və uşaq doğulmur, onlar yavaş-yavaş demoqrafik təhlükə ilə qarşılaşırlar. 2050-ci ildə bir sıra millətlərdə dünya əhalisi içərisində silinib gedəcəklər...

- Ailədə iki uşağın olması millətin gələcəyi deməkdir?

- Xeyr. Bir ailədə iki uşağın olması, həmin millətin qocalmağa doğru getməsi deməkdir. Avropa əhalisinə qocalmış millət deyirlər. Çünki orada hər ailədə 2-dən artıq uşaq olmur. Almaniya, Amerika kimi dövlətlər əhalinin sayını artırmaqda maraqlıdırlar. Çünki onların əhalisi qocalır. Qocalmağın özü çox ağır prosesdir. Məsələn, ailədə bir uşaq olur. O da böyüyür və qocalır. Və beləliklə bir övlad da daxil olmaqla evdə ata–ana ilə yanaşı 3 qoca olur. Əhalinin də çoxu qoca olanda həmin ölkənin problemləri də çox olur. Ölkə bu qocaları saxlamalı, sosial həyatlarını təmin etməlidir. Çində, Yaponiyada, Avropada əhalinin qocalması çox ciddi problemdir.

- Bəs hər ailədə üç uşağın olması dövlət üçün nə deməkdir?

- Üç uşağın olması o millətin gənc olması deməkdir. Bizim əhalimizin çoxu gənclərdir. Biz çalışmalıyıq ki, ailə bağlarını möhkəmləndirək. Qeyr-nikahdan doğulanların sayını azaldaq. Bizə yaraşmayan adət-ənənələri milli dəyərlərimizdən çıxartmalıyıq. Vətəndaş nikahını təbliğ edənlərə qarşı çıxmalıyıq. Əgər dövlətin hər ailəsində 3 uşaq olarsa, onda onların hər zaman gələcəyi olur. Gənclər dövlətin aparıcılarıdır. Gənclər qocalardan fərqli olaraq iqtisadiyyatın təməli – yəni əmək resursudurlar. Həkim, müəllim, fəhlə, tələbə, mühəndis bunlar hamısı əmək resursudurlar. Güclü, pullu dövlətlər çalışırlar ki, demoqrafik təhlükəsizliyin təməlini düzgün qursunlar. Onlarda da ən azı bir aildə 3 uşağın dünyaya gəlməsini təbliğ etsinlər. Anlayırlar ki, gəlirli ölkə olmaq güclü ölkə olmaq demək deyil. Burada dəyərlər önəm kəsb edir. Bu dəyərləri qorumaq lazımdır.

- Vətəndaş nikahının əhalinin sayının azalmasında ciddi rolu var?

- Birinci növbədə bizim İslam dinimizə ziddir. Daha sonra uşağın hüquqları, haqları olmalıdır. Uşağın da həyatını məhv edirlər. Qeyri-qanuni doğulan uşaqlara münasibət bilirsiniz ki, birmənalı deyil. Bundan başqa, bəzi ölkələrdə cinsiazlıqların sayı artır. Cinsi azlığın olduğu yerdə nəsil artımından, sağlam uşağın olmasından söhbət gedə bilməz. Buna görə də milli dəyərlərimizə bağlı olmalı, sahib çıxmalıyıq. Belə olan halda əhalimizin sayı 15 milyonu da keçə bilər.