backend

Cəbhədən xəbər: 7 erməni öldü, 5-i yaralandı – Rəsmi

Cəbhədən xəbər: 7 erməni öldü, 5-i yaralandı – Rəsmi





















Ermənistan ordusunun ötən gecə iri çaplı silahlardan atəşkəsi pozması və Azərbaycan tərəfini pulemyot, qranatomyot və minamyotlardan atəşə tutması politoloqların Gümrü hadisələrindən ictimai diqqəti yayındırmaq üçün İrəvanın Qarabağda fəallaşacağı proqnozunu doğrulamaqdadır.

Son günlərin bu aktivliyi isə Ermənistanın daha çox itki verməsi ilə müşayiət olunmaqdadır.

qaynarxett.az təkcə 2015-ci ilin ilk günündən bu vaxta qədər erməni mediasında əksini tapan itkiləri təqdim edir:

3 yanvar 2015

Sıravi Vardan Mkrtçyan və zabit Karen Qriqoryan ölüb, Volodya Arutyunyan yaralanıb.

12 yanvar

1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan yaralanıb.

17 yanvar

Ermənistan ordusunun muzdlu hərbçisi, 21 yaşlı Arman Alikoviç ölüb.

Eyni gündə daha bir ölüm isə minanın işə düşməsi nəticəsində baş verib. Artur Vardevaryan Kəlbəcərdə minanın partlaması nəticəsində ölüb, Mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə yaralanıb.

19 yanvar

Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin 1995-ci il təvəllüdlü hərbi qulluqçusu Suren Pilosyan ölüb.

20 yanvar

1982-ci il təvəllüdlü Napet Artakoviç Asatryan ölüb, 1973-cü il təvəllüdlü Ovannes Qasparyan isə yaralanıb.

21 yanvar

1980-ci il təvəllüdlü Arman Rəşidoviç Udumyan ölüb.

Xatırladaq ki, erməni postlarında xidmət edən əsgərlərin bir-birini öldürməsi faktını gizlətmək uçun Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlamasında güllə yarasından olan bütün bu ölümləri döyüşlə əlaqələndirib. Azərbaycan Müdafiə Nazirliyi isə bu ölümlərin bəzilərinin atəşkəsin pozulması nəticəsində baş verdiyini təkzib edib.

Həmçinin Azərbaycan Müdafiə Nazirliyi erməni itkilərinin rəsmi açıqlanan bu rəqəmdən qat-qat çox olduğunu da bəyan edib.