backend

“Putinin "Sülh planı" əslində işğal planıdır”

“Putinin "Sülh planı" əslində işğal planıdır”




















BMT Təhlükəsizlik Şurası Ukraynanın şərqində qarşıdurmaların artmasıyla bağlı yenidən bir araya gəlib

qaynarxett.az xəbər verir ki, Ukraynada böhran yarandıqdan bəri artıq 28-ci dəfə toplanan TŞ-ni BMT Siyasi işlər üzrə məsul katib müavini Cefri Feltmanın çıxışı ilə açıq elan edib.

Bundan sonra Feltman Ukraynada yaşanan hadisələrdən narahat olduğunu deyib:

“Qarşıdurmaların artması Minsk protokolunu təhdid edir. Ukraynada yalnız sözdə qalan atəşkəsin gücləndirilməsi və davam etdirilməsi prioritet və təcilidir”.

Qarşıdurmalar üzündən 850 min adamın qaçqın düşdüyü, 600 min adamın isə qonşu ölkələrə sığındığını bildirən Feltman bu insanlara təcili yardım üçün 189 milyon dollar lazım olduğunu dilə gətirib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pover çıxışında Rusiyanı günahlandırıb. O, Prezident Vladimir Putinin "Sülh planı"nın əslində "işğal planı" olduğunu deyib:

“Putin bir əli ilə "zeytun budağı", digər əli ilə isə separatçılara raket və tank göndərir. Onun "Sülh planı” üzərindəki pərdəni qaldırması və bunun bir işğal planı olduğunu söyləməsi daha düzgün olar”.

İngiltərədən xəbərdarlıq

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Liall Qrant Rusiyanı bölgədəki qeyri-sabitliyin sona çatdırılması üçün separatçılara nəzarətə son qoymağa çağırıb.

Rusiyadan Ukraynaya iki gün əvvəl hərbi texnika və birliklərin keçdiyinin təsbit edildiyini və bunun da Minsk protokolunun pozulması olduğunu deyən Qrant Rusiyanın atdığı addımların Ukraynanın suverenlik və ərazi bütövlüyünə təhlükə olduğunu bildirib.