backend

Abutalıbovun şöbə rəisindən vətəndaşa küçə söyüşləri

Abutalıbovun şöbə rəisindən vətəndaşa küçə söyüşləri




















Bir dövlətin paytaxtında demək olar ki, çox şeyə məsul olan Bakı Şəhər İcra Hakimiyyətində çalışan adi məmur da cəmiyyət üzvləri üçün nümunə olmalıdır

Ancaq təəssüf ki, bunun tam əksini görürük. Özü də söhbət paytaxt meriyasının sıravi işçisindən getmir, şöbə müdirindən gedir.
İndicə, bir neçə dəfə, təkrar-təkrar Bakı ŞİH Mənzil -Kommunal Təsərrüfatı Departamentinin şöbə müdiri Vidadi Əliyevlə bağlı video-çəkilişə baxdım.
Adam dəhşətə gəlir. Bu şəxs Allah qoymasa Bakı meriyasında bir kollektivin rəhbəridir. Yəqin ki, həmin kollektivdə qız-gəlin, qadın, yaşlı insanlar da var. Belə "tərbiyə sahibi”nin həmin kollektivi necə idarə elədiyi adamı vahiməyə salır.
Çəkilişdən açıq görünür ki, bu adam özünü idarə edə bilmir. Bəs, özünü idarə edə bilməyən bu zada o boyda vəzifəni kim verib?
Çəkilişdən aydın görünür ki, mülkün qanuni sahibi ondan rəsmi sənəd tələb edir, başqa heç nə istəmir. Vidadi Əliyev isə "bura mənimdi..” deyə bağırır. Və heç bir ölçüyə sığmayan "var-yox..” söyüşünə keçir.
Yəni bu söyüşləri nəinki vəzifə sahibi, az-çox ailə tərbiyəsi görmüş adam dilinə gətirməz. Hələ bu harasdır..?
Məsələni, yaxud mübahisəni qanuni yolla həll etmək əvəzinə Vidadi Əliyev qaçıb daş götürüb atır…əlinə armatur götürüb qarşı tərəfin üstünə cumur və…elə bir söyüş söyür ki…
Bax, burda çox mətləblər ortaya çıxır. Dövlət məmurunda dövlət tərbiyəsi olmalıdır. Və məmur illər uzunu hazırlanıb vəzifəyə gəlməlidir. Yoxsa…
Kimsə həbsxanadan çıxandan bir-iki ay sonra ona mühüm vəzifə tapşırırlar, o da özünü "nadzor” kimi aparır…
Əgər bu video başqa bir cəmiyyətdə ortaya çıxsaydı, Vidadi Əliyev nəinki bircə gün vəzifədə qala bilərdi, əksinə ona qarşı xuliqanlıq əməlinə görə cinayət işi qaldırardılar.
Amma təəssüf ki, Vidadi Əliyev hələ də Bakı meriyasında oturur. Görəsən, bu biabırçı videoya baxan Bakı şəhər rəhbərliyi nə düşünür?
Ancaq bir məsələ var ki, gec-tez belə yararsız rəhbər işçilər layiq olduqları yerə getməli olacaqlar. Sadəcə, bir az zamana ehtiyac var…(qafqaznews.az)