backend

Bakıda direktor müavini olmaq istəyənlər imtahana çəkilir

Bakıda direktor müavini olmaq istəyənlər imtahana çəkilir



















Ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 24-25 yanvar tarixlərində imtahan keçiriləcək

qaynarxett.az xəbər verir ki, bu baradə Modern.az saytına Təhsil İdarəsindən məlumat veriblər.

Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.

24-25 yanvar tarixlərində baş tutacaq müsabiqənin II mərhələsində isə namizədlərə imtahan keçiriləcəkdir. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaqdır. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək.

Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt veriləcək.

İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Həmçinin yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.