backend

Xamneyi: “Bunları deməyə məcburam”

Xamneyi: “Bunları deməyə məcburam”















“İslam dini ilə bağlı məlumatları birinci mənbədən, Qurandan və onun böyük peyğəmbərinin həyatından əldə edin”

qaynarxett.az xəbər verir ki, bu açıqlama ilə İranın Ali dini lideri Ayətullah Əli Xamneyi çıxış edib. O, Qərb gəncliyinə müraciət edərək, islam barədə araşdırma aparmalarını, media və siyasətçilərin islamofobiya təbliğatına təslim olmamalarını istəyib:

“Fransa hadisələri və bəzi Qərb ölkələrində baş verən oxşar nümunələr məni bu barədə danışmağa məcbur etdi. Mənim müraciətim siz gənclərədir. Bu, valideynlərinizə əhəmiyyət vermədiyim anlamına gəlmir. Bu, ona görədir ki, xalqlarınız və ölkələrinizin gələcəyi sizin əllərinizdə olacaq və bundan başqa bilirəm ki, siz gənclərin qəlbində həqiqətləri kəşf etmək istəyi daha canlı və daha güclüdür. Mənim birinci istəyim budur ki, islamofobiya siyasətinin arxasında duran maraqlar barədə araşdırmalar aparıb, mütaliələr edin. İkincisi, düşüncələri yayındırmaq və insanları doğru yoldan uzaqlaşdırmaq üçün hesablanmış iri həcmli səylərə reaksiya olaraq, islam dini ilə bağlı məlumatları birinci mənbədən, Qurandan və onun böyük peyğəmbərinin həyatından əldə edin”.