backend

“Özümüzü öldürmək həddindəyik”

“Özümüzü öldürmək həddindəyik”










Göyçayda torpaq şöbəsinin müdiri ilə hakimin müdhiş saxtakarlığı

Göyçayın Cəyirli kəndi sakini Qurban Adıgözəlov redaksiyamıza müraciət edib

Kənd sakini yazır ki, ona məxsus pay torpaq sahəsini Göyçay rayon Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev və Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri Üsaməddin Osmanov rüşvət alıb başqasının adına rəsmiləşdiriblər
“Belə ki, Göyçay rayon Aqrar İslahatlar Komissiyasının 28 Avqust 1998-ci il tarixli 41 nömrəli qərarı ilə bizim ailəyə 0.75 hektar torpaq sahəsi qanunu qaydada verilib. Göyçay Rayon Torpaq Şöbəsinin müdiri Nofəl Fərzəliyev rüşvət alıb bizim ailənin haqq-halal qanunu pay torpaq sahəsini Zahir Səbzəliyev adlı Bakı şəhər sakininin adına saxta, qanunsuz sənədlə rəsmiləşdirib.
Buna görə iddia ərizəsi ilə məhkəməyə müraciət etdik.1 ildən çox gedən məhkəmə baxışı zamanı 3 dəfə məhkəmə ekspertizası keçirildi.Məhkəmə Ekspertizasının 25.11.2013-cü il tarixli 18464 nömrəli, 17.03.2014-cü il tarixli 868 nömrəli və 14.08.2014-cü il tarixli 9144 nömrəli ekspert rəyləri ilə təsdiq edildi ki, həmin 0.75 hektar pay torpaq sahəsi qanunu qaydada bizə məxsusdur. Yəni, Zahir Səbzəliyev tərəfindən zəbt edilib”.

Şikayətçi bildirir ki, qanunu sənədlərə, ekspertlərin 3 rəylərinə baxmayaraq haqqı tapdanıb: “Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri hakim Üsaməddin Osmanov Göyçay rayon Torpaq şöbəsinin müdiri Nofəl Səbzəliyevin saxta sənədini əsas gətirib iddiamızın təmin edilməməsinə və torpaq sahəmizin cavabdeh Zahir Səbzəliyevə məxsus olmasına dair 13 Yanvar 2015-ci il tarixdə qanunsuz qətnamə çıxardı. Hakim bu qətnaməni küllü miqdarda rüşvət hesabına çıxarıb.
Sual olunur bəs nə üçün təkrar-təkrar 3 dəfə məhkəmə ekspertizası keçirilməsinə dair qərar çıxarıdır? Nə üçün Məhkəmə Ekspertizasının mötəbər sənədini əsas gətirmədi? Biz Prezident cənab İlham Əliyevə, Mehriban xanıma, cənab Fuad Ələsgərova, Ədliyyə Naziri Məhkəmə-Hüquq şurasının sədri cənab Fikrət Məmmədova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə, Ombudsmana və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişik. Özümüzü öldürmək həddindəyik”.