backend

ŞOK: Müəllimə Təhsil Nazirliyi qarşısında intihar anonsu verdi

ŞOK: Müəllimə Təhsil Nazirliyi qarşısında intihar anonsu verdi





















Keçən sayımızda Mingəçevir şəhər sakini, ali təhsilli müəllimə Zoya Süleymanova tərəfindən qəzetimizin elektron poçtuna göndərdiyi şikayət məktubunu dərc etmişdik

Üzləşdiyi qanunsuzluqlardan bəhs edən Zoya xanımın məktubunda Müəllimlər İnstitutu Mingəçevir filialının sabiq, Zaqatala filialının indiki direktoru Orucəli Rzayev haqqında şikayətləri yer alırdı. Zoya Süleymanova yenə də redaksiyamıza üz tutub. Haqsızlıqdan bezən Z.Süleymanova artıq intihar həddinə çatdığını bildirir: "İntihar həddindəyəm. Sizə bir azərbaycanlı qadın, ana kimi müraciət edirəm mənə kömək edin mənim haqq səsimin lazımı instansiyaılara çatdırılmasında yardımçı olun. Müracətimi yazılı və video şəklində göndərirəm. Xahiş edirəm yazın. Əgər şikayətimə baxilmasa Təhsil Nazirlyinin qarşısında intihar edəcəm. Məni intihara təhrik edənlərlə bağlı məktubumu Baş prokurora
göndərirəm".
Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
"Möhtərəm Prezident və Azərbaycanın Birinci xanımı hörmətli Mehriban xanım! Sizə təkrar müraciət edirəm.
Mən AMİ Mingəçevir filialında aylar öncə ixtisar adıyla işdən azad olma təhdidi altında Sizə müraciət etmişdim. Mənim video müraciətimdən sonra filialda ixtisar söhbəti dayandı. Lakin Müəllimlər İnstitutu Mingəçevir filialının sabiq, Zaqatala filialının indiki direktoru Orucəli Rzayev məni məhkəməyə verib, 500000 manat təzminat qoyub. Haqqını tələb etməyin bədəli 500000-dirmi? Mən onun şərəf və ləyaqətini alçaldan nə demişəm ki? Məndən 4000 manat ixtisar adıyla istəyib mən isə borc xərc edib 1000 manat vermişəm. Tək mən yox filialın bütün əməkdaşları verib. Lakin heç kəs ixtisara düşməyib. O zaman mən öz ərizəmdə də ixtisara düşdüyüm üçün məni kitabxanaya keçirin yazmışam. 500.000 manat özü gülünc səslənir. Orucəli müəllimə məndən aldığı 1000 manat az idi mi? İndi də ayda 120 manat əmək haqqı alan bu ayın əvvəlindən ayın sonuna zorla çatdıran adamdan haqsızikən 500.000 manat tələb edir?
Məhkəməyə şahidlərim gəldi, onlar da bildirdilər ki, ixtisara düşməmək üçün pul veriblər. Məhkəməyə daha çox adam gələrdi, lakin hamı işindən azad olmaqlarından qorxur. Məhkəmə prosesi zamanı mənim şahidlərimə təzyiq oldu. Şahidə proses zamanı bildiriş verdilər ki, " sizi də Orucəli müəllim məhkəməyə verib”. Mən etirazımı bildirəndən sonra ki, bu şahidimə təziqdir, bundan sonra şahid dinlənildi. Mənim məhkəmə iclasımda şahidə qarşı Rzayevin ərizəsinə əsasən işi ilə bağlı gün də təyin edildi. Belə iş olar? Bu hansı qanuna sığır? Audit aktının əslinin gətirilməsi ilə bağlı vəsatət yazmışam. Məhkəmə prosesində katib mənə deyir ki, burda verə bilməzsiniz, vəsatət poşt ilə göndərilməlidir. İndi isə gecikmisiniz. Bu hansı qanunvericiliyə sığır?

Mən ali təhsilliyəm, 15 ildir ki ali təhsil miəssisəsində işləyirəm, 8 il dəftərxana müdiri işləmişəm. Ərizə yazıb iş materialları ilə və protokollarla tanış olmaq istəyirəm, icazə vermirlər. Qərar verməliydilər, vaxt təyin ediblər. Getmişəm, katib deyir ki qaralama yazmışam, vaxtım yoxdu köçürməyə. Məhkəmə zalında şahidim Sevinc Məmmədova filialın əməkdaşı ixtisarla bağlı pul verdiyini və mənim də borc axtardığımın şahidi olduğunu qeyd etdi. Bu halda hakim sual verdi: "Zoya xanım sizin yanınızda pul verib?” Kim kimin yanında pul verir, kim kimin yanında rüşvət verir? Sevinc xanım bildirdi ki, hamı təklikdə verib. Mən dəfələrlə tələb etdim ki, Orucəli Rzayevin curəti çatırsa özü məhkəməyə gəlsin və mənim gözümün içinə baxıb desin ki, səndən pul almamışam, amma o məhkəməyə gəlmədi. Şahid Sevinc Məmmədova qeyd edir ki, "adıma 500 vərəqdən ibarət 500 paşka kağız yazılıb, bəzi sənədlərdə yerimə imza atıblar, bəzi sənədlərdə sıfırlar artırıblar, audit aktında hamısı var”. Hakim sual verir ki, elə audit aktı varsa bəs Orucəli Rzayev niyə indiyə kimi Zaqatala filialında direktor işləyir, niyə Korrupsiyaya qarşı Mübarizə idarəsi ona cinayət işi açmayıb? Mənə hələ də bu sualın bizə nə məqsədlə verilməsini anlamıram...
Məhkəmə prosesində əyləşən, heç nədən xəbəri olmayan insanların (zalda onlarla adam vardı) Orucəli Rzayev haqqında, onun fəaliyyəti haqqında kifayət qədər təsəvvürü oldu. Mənim birinci müraciətimdən sonra filiala bir nəfər yoxlama gəldi. O da filialın direktoru Rasim Şükürov və baş mühasib Heyran Şikarovanın kimləri dedisə, qabaqcadan təlimatlandırıb göndərdilər, onlardan izahat aldı. Orucəli müəllimin vəkili Ruhiyyə xanım məhkəmə prosesi zamanı bildirdi ki, biz Maliyyə Nazirliyindən komissiya gətirmişik, o, audit aktını ləğv edib. Mən inanıram ki, Orucəli Rzayev komissiya gətizdirə bilər, amma mən anlaya bilmirəm ki, audit aktını necə ləğv eləmək olar? Onda məni niyə məhkəməyə verir? Audit aktını tərtib edən 4 nəfər maliyyə mütəxəssisini məhkəməyə versin. Mən filialın kitabxanasında işləyirəm. Onlarla ciddi maliyyə pozuntusundan kitabxanayla bağlı olanı qeyd edirem Prezident H.Əliyev fondu tərəfindən hədiyyə olmuş kitablari belə qiymətləndirilib, vəsaiti mənimsəyiblər. Hədiyyə kitablara necə qiymət qoyula bilər? Dəftərxanada yoxlama zamanı hamı gördü ki, köhnə möhürun vaxtında təzə, təzənin vaxtında köhnə möhürlü əmrlər var, əmr kitabları dəyişdirilib. Həmin saxtalığın üstünü örtüb, mənə niyə zülm verirlər? Məni susdurmaq üçün 500.000 manat təzminat qoyur. Orucəli Rzayevin təhsilə ləkə olan əmməllərini bütün şəhər bilir. Müəllimlər institutunun filialları bilir.Yoxsa O bütün Azərbaycanı da məhkəməyə verəcək?

Mən yenə bir daha Ölkə Başçıma, möhtərəm Prezidentimə müraciət edirəm. Mehriban xanıma, Ədliyyə Nazirliyinə, Təhsil Nazirliyinə müraciət edirəm. Mənim harayıma səs versinlər, mənə kömək etsinlər. Bu qanunsuzluğa, özbaşınalığa son qoyulmasını təmin etsinlər.
Orucəli müəllimin pulu, arxası var deyə məni kimilərini əzməlidirmi?
Məni intihara təhrik edənlər, dövlət vəsaitini mənimsəyənlər niyə cəzlanmır, əksinə Orucəli Rzayevin mənimsəmə sənədlərin saxtalaşdıranlar filialda at oynadırlar.
İddia ərizəsində mən professoram, direktor işləyirəm yazır, məni isə aşağılayır. Mən professor deyiləm, amma onu kimi baş müəllim adını 500 manata satmamışam. Baş mühasiblə əlbir olub işçilərimin adına mal-material yazıb yerinə imza edib, dövlətin pulunu mənimsəməmişəm. İxtsar adı ilə millətin pulunu yığıb, ah- nalə yiyəsi olub, gələnin-gedənin cibinə pul basıb əməllərmi ört- basdır etməmişəm. Rusiya Federasiyasında olan tələbəni rüşvət alıb aylığa buraxaraq kursdan–kursa keçirməmişəm. Filialın həyətində xadimələrə soyuq suda filialın xalılarını özümüzün qarşısında yuduzdurub, kvadratı 10 manatdan yazıb işbazların firmalarına keçirib vəsaitini mənimsəməmişəm. Hələ nələr- nələr......
Mənə yarım milyon manat təzminat qoyub, məndən aldığı 1000 manat azlıq etdi?
Mən Rokfeylerin nəvəsi, ərəb şeyxinin qızı deyiləm. Ayda 120 manat əmək haqqı aliram. Böyük Vətən müharibəsində Vətən uğrunda igidliklə 1945-ci ildə Polşada həlak olmuş Sovet İttifaqı qəhrəmanı Qolovçenko İvan Qavriloviçin nəvəsiyəm. Bakı şəhərin metropoliteninin tikintisində əməyinə görə Ulu Öndərimiz H.Əliyev tərəfindən medalla təltif olunmuşdur Süleymanov Cuma Cümşüd oğlunun qızıyam. Mingəçevirdə mənim atama dürüstlüyünə görə qızıl Cuma deyərlərdi. Ayda 120 manat əmək haqqı aliram, bu ayın əvvəlindən ayın sonuna zorla çatdırıram. Əməyimlə yuxuma haram qatıb, barmaqlarımın ucunu iynə deşik-deşik edərək əl işlərimi sataraq övladıma halal çörək yedizdirirəm. Mən, Orucəli Rzayev kimi professor deyiləm, amma mənim də ləyaqətim, mənliyim var. O, təhsil işçisinə, müəllimə, professora yaraşmayan şəkildə iddia ərizəsində məni alçaldıb.
Cənab Prezident, bu aylar boyu mənə olunan bu misilsiz zülmə son qoyulmasını və günahkarların cəzalandırılmasını Sizdən xahiş edirəm, çünki bu şəxslər vətəndaşların dövlətə, ədalətə inamını sarsıdırlar. Öz qanunsuz əməlləri ilə İnsanları intihara təhrik edirlər.