backend

Samir Şərifov büdcə israfçılığına nəzarət edə bilmir?

Samir Şərifov büdcə israfçılığına nəzarət edə bilmir?



















Dövlət Maliyyə Nəzarəti Xidməti rəhbərliyinin fəaliyyətinə qaranlıq gətirən məqamlar

Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən ciddi qurumlardan biri Dövlət Maliyyə Nəzarəti Xidməti barədə yəqin ki, az-çox mlumatınız var. Böyük səlahiyyətlərə malik olan bu mühüm dövlət qurumunun regional idarələri ölkədə dövlət büdcəsindən istifadəyə nəzarət funksiyasını həyata keçirir. Bu zaman aşkar edilə biləcək mənimsəmə faktları barədə nazirliyə operativ informasiya verilir ki, bu da büdcə talanlarına yol vermiş təşkilatlara qarşı ciddi tədbir görülməsi üçün sas sayıla bilər. Qeyd edək ki, Dözlət Maliyyə Nəzarəti Xidmətinin araşdırmaları sayəsində dövlət büdcəsinin yeyintilərdən sığortalanması milyonlara qənaət anlamına gəlir. Belə situasiyalarda mümkün sanksiyalara və ciddi cəza tədbirlərinə rəvac verilməsi halları çox olmasa da ölkə iqtisadiyyatının mənimsəmələrdən qurtulması işinə çox böyük töfhədir. Lakin Maliyyə Nazirliyinin həyata keçirdiyi yoxlama və təftişlərin böyük əksəriyyətinin oliqarxların inhisarında olduğu barədə fiir söyləmək zorundayıq. Bu isə dolayısı ilə Dövlət Maliyyə Nəzarəti Xidməti rəhbərliyinin fəaliyyətinə qaranlıq gətirən məqamlardan bəlkə də ən ciddisidir desək, yanılmarıq. Doğrudan da, əgər oliqarxlaşmış nazirlərin rəvac verdiyi büdcə talanları barədə lazımi yoxlama tədbirlərini həyata keçirmək gücündə deyilsə bu Xidmətin gününə adamın yazığı gəlir. maraq dairəsinə baş vurmaq gücündə deyil. Axı ölkə rəhbərliyinin həvalə etdiyi bu ciddi və məsuliyyətli vəzifəni oliqarx maraqlarına təslim etməyin özü də müəyyən mənada cinayət deməkdir. Bu gün respublika rəhbərliyinin davamlı şəkildə həyata keçirdiyi iqtisadi inkişaf proqramları üçün ayrılan milyonlarla manat büdcə vəsaitlərinin nəzarətdən yayındırılması faktları az deyildir. Yeri gəldikcə, qəzetimizin səhifələrində bu barədə geniş və dolğun informasiyalar dərc olunur. Qəribədir ki, büdcə talanlarına qarşı mübarizə aparmalı olan Dövlət Maliyyə Nəzarəti Xidməti araşdırmalar nəticəsində ortaya qoyduğumuz ciddi pozuntu faktlarını nəzərə almır. Halbuki, belə faktları araşdıraraq ölkə rəhbərliyini müvafiq şəkildə məlumatlandırmaq bu qurumun sadəcə vəzifələrindən biridir.
Büdcə israfçılığına nəzarət etməli olan strukturların nümayəndələrinin hansısa marağının təmin edilməsi bu sahədə geniş büdcə talanlarının ört-basdır edilməsinə səbəb olur ki, nəticədə dövlət zəncirvari ziyan çəkir. Əmək müqaviləsi baxlamadan işə səlb olunanların sayının ciddi-cəhdlə gizlədilməsi, qiymətləndirmələr zamanı yol verilən ciddi şişirtmələr, məcburi sosial sığorta müqavilələrindən yayınmalar həm vergidən, həm də qanunla nəzərdə tutulmuş digər məcburi ödənişlərdən yayınmalara gətirib çıxarır. Bu cür halları əksər bölgələrimizdə, hətta paytaxtın bəzi rayonlarında tikinti işlərinə cəlb edilmiş əksər təşkilatların fəaliyyətində asanlıqla üzə çıxarıla bilərdi, bir şərtlə ki, maliyyə nəzarəti düzgün istiqamətləndirilsin. Bir sıra regionlarda icra hakimiyyəti strukturlarının rəhbərləri tərəfindən sahibkarların haqqının mənimsənilməsi barədə zaman-zaman qəzetimizin səhifələrində dərc etdiyimiz faktlara heç bir reaksiya verilmir. Bu da azmış kimi büdcə israfçılığının qol-qanad açdığı geniş bir müstəvidə əlaqəyə girmiş şirkətlərin rəvac verdiyi irimiqyaslı maliyyə pozuntuları və mənimsəmələr nədənsə maliyyə nəzarəti qurumlarının diqqətidən kənarda qalır. Bu isə nazir Samir Şərifovun rəhbər olduğu Maliyyə Nazirliyinin fəaliyyətində ciddi problemlərin olduğuna sanki bir işarədir.

Kamil Əşrəfoğlu