backend

Zorlandığı iddia olunan Lamiyə ilə bağlı ilginc məlumat: “Həbsxana romanı”

Zorlandığı iddia olunan Lamiyə ilə bağlı ilginc məlumat: “Həbsxana romanı”






















Uşağa qoyulan ad da məlum oldu

Bir neçə gündür ölkə mətbuatının əsas müzakirəsinə çevrilən “Məşhur Lamiyə”nin həbsxanada ana olması ilə müəmmaların ard-arası kəsilmir.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, heç kəs Lamiyənin həbsdə ola-ola necə hamilə olması və uşaq dünyaya gətirməsi ilə bağlı suala cavab verə bilmir.

Daha doğrusu, bu suala cavab verməli olan Penitensiar Xidmətin açıqlaması isə müəmmanı bir az da dərinləşdirir. Qısa olaraq bildirək ki, məsələyə qurum tərəfindən belə münasibət bildirilmişdi:

“Onun dünyaya gətirdiyi uşağın atasının kimliyi ilə bağlı araşdırma aparılır. Məhkum həbsdə olduğu müddətdə istər 4 saylı cəzaçəkmə müəssisəsində, istərsə də İstintaq təcridxanasında, məhkəmədə və müalicə müəssisəsində dəfələrlə qohumları, yaxınları və dostları ilə görüşüb, həmçinin qısa və uzun müddətli görüşlərdə olub. Məsələ ilə bağlı hazırda tibbi ekspertiza tədbirləri həyata keçirilir".

Yaranmış vəziyyətlə bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, Lamiyə Müzəffər Məmmədov adlı rəisin vaxtında rəislə “intim” münasibət şansı olan üç-dörd qadından biri olub. Həmin dövrdə Lamiyə heç kimi saymayıb, kefi istəyəni edib, o cümlədən sələm işinə də baxıb. Gəliri o qədər olub ki, evinə də pul göndərirmiş.

Həbsxana rəisi dəyişiləndən sonra Lamiyənin “xodun”u alırlar, sələm verməsinin də qarşısı alınır. İşçilərdən acıqlı qalan “xanım” bir gün yeməkxanada çayniki götürüb qadın nəzarətçinin başına çırpır. Nəzarətçinin şikayəti əsasında 2013-cü ildə təzə cinayət işi açılır. İndi bu hadisəni utandıqlarından olduğu kimi deyil, guya məhkum yoldaşı ilə dava etməsi kimi təqdim edirlər. Nəzarətçinin iş yerini sonra başqa yerə dəyişirlər.

Ötən qış isə Lamiyə istintaqla əlaqədar Kürdəxanı təcridxanasına aparılır. Orada kişi nəzarətçilərin bir-neçəsi ilə münasibətdə olur. Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olur. Hamiləliyini abortdan qorumaq üçün dörd ayınadək gizlədir. Maraqlıdır ki, Lamiyə özü də uşağın atasının kimliyini dəqiq ayırd edə bilməyib.

Nəhayət, uşaq oktyabrda doğulub və məsələni mətbuata hüquq müdafiəçisi Elçin Behbudov açır.

Bundan sonra isə hüquq müdafiəçisinin özü də müəyyən təzyiqlərlə üzləşir. Ona keçmiş işçiləri tərəfindən iddialar irəli sürülüb.

Qeyd edək ki, Lamiyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə uzun müddət baş nazirin müavini olan məşhur Aslan Aslanovun oğlunu qətlə yetiribdir. Həmin illər bu cinayət işi ilə bağlı böyük rezonansa səbəb olan materiallar dərc olunurdu. İndi isə bu qadın yenidən gündəmdədir. Onu da bildirək ki, qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub.

Maraq üçün bildirək ki, Lamiyənin həbsxanada doğduğu oğlan uşağıdır. Oğlana Nazim adı qoyulub.