backend

İŞİD: Yaponlar pis heç nə etməyiblər

İŞİD: Yaponlar pis heç nə etməyiblər






















“Amma biz vədimizə əməl edəcəyik”

“İslam dövləti” (İŞİD) yaraqlıları ultimatumun vaxtı bitdikdən sonra iki yaponla əlaqəli hədələrinin əks olunduğu yeni video-müraciəti açıqlayıblar.

RİA Novosti bu barədə yerli telekanal Nippon Television Network-ə istinadən bildirir, qaynarxett.az xəbər verir.

“Yaponiyanın Baş naziri Sindzo Abe aldatmağa davam edir. O, girov götürülən iki yapona acımır. Yaponlar pis heç nə etməyiblər. Amma biz vədimizə əməl edəcəyik”, - islamçılar bəyan ediblər. Qeyd edilib ki, çarxı elə 20 yanvar tarixində video yerləşdirdikləri saytda yerləşdiriblər.

Ultimatumun müddəti yanvar ayının 23-də saat 14.50-də bitir (Bakı vaxtı ilə 09.50). Girovların həyatı barəsində heç bir şey məlum deyil.

Girov götürülən jurnalist Kendzi Qoto bu ərəfədə “İslam dövləti” yaraqlılarına oğlunu azad etmələri xahişi ilə məktubla müraciət edib. Onun sözlərinə görə, onun oğlu müsəlmanlara düşmən deyil.

“Ana kimi onu azad etməyinizi xahiş edirəm. O, sadəcə dostunu qurtarmaq üçün yola düşüb (...). o, hər zaman uşaqlara və yaşlı adamlara yardım edib”, - məktubda deyilib.

Yanvar ayının 22-də Yaponiya hakimiyyətinin rəhbəri Tokionun “İslam dövləti” yaraqlıları tərəfindən girov götürülmüş vətəndaşlar üçün pul verməyəcəklərini bəyan edib. Bir gün buna qədər Abe girov götürülmüş yaponların həyatını xilas etmək üçün mümkün olan hər şeyi edəcəyini vəd etmişdi.

Yanvar ayının 20-də terrorçular 72 saat ərzində 200 milyon dollar həcmində məbləğin ödənilməsi tələbi ilə video-müraciət edib. Videoda terrorçu və iki narıncı geyimli girov göstərilir. Yaraqlıların sözlərinə görə girovların adları Kendzi Dzeqo (Kenji Goto Jogo) və Haruna Yukavadır (Haruna Yukawa). KİV-də qeyd ediblər ki, “İslam dövləti” nümayəndələrində Britaniya aksenti aşkar hiss edilir, bu adamın Amerika və Britaniya girovlarının qətlində iştirak etdiyi istisna edilmir.