backend

Corc Soros İlham Əliyevdən nə xahiş edib - (Özəl)

Corc Soros İlham Əliyevdən nə xahiş edib - (Özəl)

















Xəbər verildiyi kimi, Açıq Cəmiyyət İnstitutu (yaxud Soros Fondu) məşhur filantrop, birja maxinatoru və “rəngli inqilab”ların sponsoru hesab edilən Corc Sorosla Azərbaycan prezidenti İlham Əliyev arasında Davosda baş tutmuş görüş barədə bəyanat yayıb

“Rəngli inqilab”ların bu qocalmış sponsoru öz fondunun adından Azərbaycan hakimiyyətini ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlərdə, tanınmış siyasi fəallara və təşkilatlara qarşı kampaniayada ittiham edib.

Bütün bunlar İlham Əliyevlə Corc Soros arasında danışıqlara dair suallar yaratmaya bilməzdi.

qaynarxett.az xəbər verir ki, Corc Sorosun İlham Əliyevlə görüş üçün müraciət etməsinə dair xəbəri ilk dəfə Açıq Cəmiyyət İnstitutuna yaxın mənbələrə istinadən haqqin.az saytı yayıb.

Həmin mənbələr Əliyevlə Soros arasında danışıqların bəzi pərdəarxası detallarını da çatdırıblar. Bu detallardan görüşün sonunda Azərbaycanın ünvanına Sorosun təşkilatı tərəfindən sərt bəyanatın verilməsinin səbəbləri aydınlaşır.

Soros Fondundakı mənbədən məlum olub ki, hələ görüşün başlamasına bir neçə saat qalmış məşhur filantropun təşkilatı görüşün yekunlarına dair iki fərqli press-reliz hazırlayıb. Birinci press-relizdə deyilirdi ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyat və sosial inkişaf sahəsində böyük uğurlar əldə edib, ölkə regionun liderinə çevrilib, onun hökuməti isə demokratiyanın inkişafına yönəlmiş planlı addımlar atır.

İkinci press-reliz isə artıq mətbuatda yayılıb və oxucular orada Azərbaycan hakimiyyətinin ünvanına hansı tənqidlərin yer aldığından xəbərdardır.

Həmin mənbənin bildirdiyinə görə, Soros Fondunda İlham Əliyevlə görüşün başa çatmasını gözləyiblər, bundan sonra hansı press-relizin yayılmasına dair göstəriş gəlməli idi. Görüş bitib və ikinci press-relizin yayılmasına dair göstəriş verilib.

Məlum olub ki, Əliyevlə görüş üçün xahiş etmiş Soros Azərbaycan prezidentinə şəxsi xahişlə müraciət edib. Amerika imperializminin ruhlandırıcısı olan filantropun bu xahişinə İlham Əliyevin reaksiyasından Soros Fondunun Azərbaycana dair mövqeyi asılı idi.

Belə görünür ki, İlham Əliyev “rəngli inqilab”ların sponsorunun xahişini rədd edib, bu da Azərbaycanın ünvanına tənqidi bəyanata səbəb olub.

Həmin xahişin nədən ibarət olduğu da təxminən məlumdur, söhbət Azərbaycanın neft pullarının bir qisminin Sorosa bağlı şirkət tərəfindən idarə olunmasına razılıq verilməsindən gedirdi.