backend

Barrozu Azərbaycana təcili yardım etməyə çağırdı

Barrozu Azərbaycana təcili yardım etməyə çağırdı






















“Vəsait mümkün olduğu qədər tez lazımdır”

Ukraynanın daha çox maliyyə dəstəyinə ehtiyacı var və bu dəstək tez təqdim olunmalıdır, əks halda nəticələr həm Ukrayna, həm də Qərb üçün olduqca neqativ olacaq.

Bu fikri Avro komissiyanın keçmiş rəhbəri Joze Manuel Barrozu Davosda Ümumdünya İqtisadi Forumu zamanı çıxışında bildirib, bunu Rosbalt xəbər verir.

O qeyd edib ki, beynəlxalq maliyyə partnyorlarının ABŞ, Aİ və digər ölkələrin yardımı Kiyevdə islahatların keçirilməsi, o cümlədən rüşvətxorluqla mübarizə və məhkəmə sisteminin dəyişdirilməsi şərti ilə təqdim ediləcək. Bunun üçün Ukrayna hökumətinə zaman lazım olacaq, cari vəziyyəti nəzərə alsaq yardım mümkün qədər tez lazımdır.

Yardımın olmaması regionun digər, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan kimi ölkələrində, terrorizmlə mübarizə, eləcə də Orta Asiya və ümumilikdə Qərb ilə Rusiya münasibətləri planında vəziyyəti mürəkkəbləşdirə biləcəyini də Barrozu əlavə edib.

Avropa Komissiyasının sabiq rəhbəri diqqəti assosiasiya barədə razılaşmanın realizəsinə və Aİ ilə azad ticarət zonasının yaradılmasına yönəltməyə çağırıb. Bununla yanaşı, o, Ukrayna hakimiyyətinə “realist olmağı” və yaxın zamanda NATO-ya daxil olmaq ideyasından imtina etməyə çağırıb.