backend

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı

Magistraturaya qəbul imtahanlarının vaxtı açıqlandı






















Boş qalan yerlərə isə ixtisas seçimi iyunun 22-dən 28-dək həyata keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarının vaxtını açıqlayıb.

Qurumdan verilən məlumata görə, magistraturaya ərizə qəbulu fevralın 3-dən 12-dək, qəbul imtahanının birinci mərhələsi fevralın 22-də, proqram seçimi aprelin 1-dən 10-na qədər, ikinci mərhələ aprelin 26-da olacaq.

Magistraturaya ixtisas seçimi mayın 7-dən 12-nə qədər olacaq. Boş qalan yerlərə isə ixtisas seçimi iyunun 22-dən 28-dək həyata keçiriləcək.