backend

Mikayıl Cabbarova şok ittihamlar: Təhsil Nazirliyi "İçərişəhər" qoruğu deyil...

Mikayıl Cabbarova şok ittihamlar: Təhsil Nazirliyi "İçərişəhər" qoruğu deyil...















"Təhsil Naziri qanunvericiliyimizə hörmət etmir, Azərbaycan Respublikasının Konstitusiyasını pozur"

"İntibah” Xeyriyyə Cəmiyyəti, Vətəndaş Hüquqlarının müdafiə Fondunun prezidenti Fəxrəddin Babayev təhsil naziri Milayıl Cabbarovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb. Müəllimlərin hüquqlarının müdafiəsi məqsədilə yazılmış həmin müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
"Dövlət xalqın işi olmalıdır və heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır".
"Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə".

Heydər Əliyev

Cənab Prezident!


Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitq söyləyərkən bildirmişsiniz:
— Yadımdadır, ilin əvvəlində keçən ilin yekunlarını müzakirə edərkən qeyd etmişdim ki, 2014-cü il də Azərbaycan üçün uğurlu il olacaqdır. Artıq doqquz ayın nəticələri onu göstərir ki, həqiqətən bu il də tarixdə uğurlu il kimi qalacaq. Bu da təbiidir, çünki son illər ərzində aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər öl-kəmizin dinamik inkişafını təmin etmişdir.
Xüsusilə qeyd etməliyəm ki, Avropada iqtisadi maliyyə böhranı davam edir, ancaq Azərbaycanda hər il iqtisadi inkişaf müşahidə olunur.
Əminəm ki, inflyasiya ilin sonuna qədər də aşağı səviyyədə olacaq. Çalışma-lıyıq ki, gələn il də bu göstərici aşağı səviyyədə olsun. Bunu xüsusilə qeyd etməli-yəm, çünki büdcəmiz artır və bu il də büdcə xərcləri kifayət qədər böyükdür. Ma-aşlar, pensiyalar qalxır, doqquz ayda da qalxmışdır. Buna baxmayaraq, inflyasiya aşağı səviyyədədir və bu da makroiqtisadi vəziyyətin sabit olmasını göstərir.
Bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Adambaşına düşən valyuta ehtiyatlarımız isə, hesab edirəm ki, dünya miqyasında ən yüksək səviyyədədir.
İlin sonunadək nəzərdə tutulmuş bütün məsələlər axıra qədər həllini tap- malıdır. Büdcədə kifayət qədər vəsait vardır.
Gələn ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər bəllidir.
Biz sosial sahəyə böyük diqqət göstərməliyik. Biz bu barədə dəfələrlə öz fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir.
Büdcəmizin müəyyən hissəsi Neft Fondunun transfertləri hesabına təmin edilir. Azərbaycanda o qədər böyük iqtisadi və maliyyə potensialı yaranmışdır ki, inanmıram, neftin qiymətinin düşməsi bizə ciddi təsir göstərsin.
Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ili uğurla başa vuracağıq, 2015-ci ili də uğurla başlayacağıq.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmə-dov 2015-ci ilin dövlət büdcəsindən danışarkən Aktual.az-a bildirib ki, 2014-cü ilə nisbətən 2015-ci ildə bütün sahələrdə artım gözlənilir: "2014-cü ilin büdcəsinin icrası hələ yekunlaşmayıb. 2015-ci ilin büdcəsində müəyyən layihələrə, bir az çox vəsait ayrılıb. O cümlədən də, yaşayış minimumu da, ehtiyac meyarı da 2015-ci ilin büdcəsində artırılıb. Həkimlərin, müəllimlərin maaşlarına da baxılacaq.
Deyilənlər müəllim ordusu sayılan vətəndaşlarımızda əminlik yaradır.
Təhsil Naziri cənab Mikayıl Cabbarovun əsasən aparıcı iqtisadçı-hüquqşü-naslardan ibarət komandasının növbəti təxribat yönəmli məkrli əməlinin nəticəsi-ni, istər-istəməz müəllimlərdə inamsızlıq hisslərinin yaranmasına cəhd kimi qiy-mətləndirmək olar.
Belə ki, telefon bağlantısı zamanı Bakı Şəhər Təhsil İdarəsinin baş mühasibi Elmira xanımın ‒ biz büdcə idarəsiyik, I və II qrup əlillərin əməkhaqqının (ta-rif dərəcəsinin) digər işcilərə nisbətən artırılması inflyasiyaya ilə əlaqədar olaraq 25 %-dən, 20 %-ə endirilmişdir deməsi, bizlərdə çaşqınlıq yaratmaya bilməzdi.
Məsələ ilə bağlı hər hansı bir qərar və ya əmrin olub-olmadığı ilə maraqlandıqda "vardır, məxfidir", deyə bilmərəm söyləyib, dəstəyi asmışdır.
Görüşdüyümüz zaman xidmət rəisi Rasim müəllim belə bir qərarın olduğu-nu söyləsə də, faktiki olaraq üzə çıxara bilmədi.
Düşünürük ki, bir çox hallarda olduğu kimi hal-hazırda da maraqlanan olmuş--olsa, ‒ qanunvericiliyə uyğun tələb etdiyimizə istinadən ‒ tərəflərindən üzə AT İAHİ ilə razılaşdırılaraq dal tarixə imzalanmış qərar çıxarıla bilər. Şair demişkən:
Əlbir olub bir ayı bir şir ilə,
Ovladılar dovşanı tədbir ilə
Göründüyü kimi Abbas Səhhətin dahiyana kəlamları bugün də bəzi üzdəniraq məmurlar arasında öz aktuallığını itirməmişdir.
Deyilənlərə istinadən belə qənaətə gəlmək olar ki, cənab Mikayıl Cabbarovun komanda üzvlərinin və onların silahdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitələri sədrlərinin fikrincə, əsasən qadınlardan ibarət olan müəllim ordusunun övladları otla qidalanırlar. Çünki yalnız büdcə işçilərini misal olaraq göstərmiş olsaq, məlum olar ki, ATİAHİ-nin rayon komitə sədrləri ‒ o biri büdcə təşkilatlarının əməkdaşları tərəfindən ödənilən 1 %-dən fərqli ola-raq ödənilmiş 2 %-lərin hesabına buğda yeyib, cənnətdən çıxanlar kimi yaşadıqlarının müqabilində onların maraqlarını qorumaqdansa,‒ idarə rənbərlərinin iradəsindən asılı olduqlarından:
1. 01 yanvar 2006-cı ildən etibarən işləyən əlillərə təqaüdlər yalnız baza his-səsindən ibarət olmaqla ödənilir.
2. Ali təhsil müddəti sığorta stajından çıxarılmışdır.
3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında müavinətin ödənilməsi 150 (yüz əlli) %-dən, 100 (yüz) %-ə endirilmişdir.
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I qrup və ya 18 (on səkkiz) yaşınadək uşağa, habelə 70 (yetmiş) yaşına çatmış qoçalara qulluq edilməsi üçün pul vəsaitinin ödənilməsi dayandırılmışdır.
5. «Cənnət ananın ayaqları altındadır»deyildiyinə baxmayaraq, qadınların təqaüdə çıxma yaş həddi 60 (altımış) yaşına qaldırılmışdır.
6. Bakı Şəhər Təhsil İdarəsinin fədakar müəllim ordusundan olan , I və II qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işcilərə nisbətən artırılması 25 %-dən, 20 %-ə endirilmişdir və s. və s...!
Telefon bağlantısı zamanı adı gedən məsələdən ATİAHİ-nin Nərimanov ra-yon komitəsinin sədri xanım Hüseynova Gülarə Əli qızının bixəbər olduğu məlum olmuşdur (buğda-cənnət məsəlisi, səbəb: ‒ biganəlik, etinasızlıq, cəzasızlıq və s. və s.).
Sual oluna bilər ki, belə olan tərzdə nəyə görə vətəndaşlar narazılıqlarını bil-dirmir və onlara maaşlarından pul ödənişlərinin qarşısını almırlar ???
1. Çünki hələ sovet dönəmindən xəstəlik vərəqinə nəzərən protokolun tərtib edilib, imzalanmasını yerli komitə sədrləri həyata keçirdiyi üçün, bugünə kimi də vətəndaşlarımız zənn edirlər ki, xəstəliyə görə müavinət və sanatoriya-kurort yollayışlarının dəyəri tam və ya qismən Azad Həmkarlar İttifaqı Komitələri tə-rəfindən ödənilir. Əslində isə Nazirlər Kabinetinin 15 sebtyabr 1998-ci il tarixli 189 saylı Qərarına istinadən müdriyyətin müavinətin təyin edilməsi üzrə komis-siyası xəstəlik vərəqləri əsasında Əsasnaməyə görə müavinət almaq hüququnu, ödənilməli günlərin sayını və sığortaolunanın qazancından müavinətin təyin edil-məsini protokola yazır və xəstəlik vərəqəsi komissiyanın sədri və ya komissiya-nın səlahiyyətli üzvü tərəfindən imzalanır. Protokola əsasən, müəssisənin müha-sibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim gü-nü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır (DSMF-u tərəfindən ödənilir).
2. Sanatoriya-kurort müalicəsi üzrə xərclərin maliyyələşdirilməsi Azərbay-can Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşdiril-miş qaydada tələb olunan vəsaitin Azərbaycan Həmkarlar İttifaqı Konfederasi-yasına ayrılması yolu ilə həyata keçirilir.
Azərbaycan Respublikasının Azərbaycan Dövlət Sosial Müdafiə Fondu tərəfindən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sığortaolunan-ların sanatoriya-kurort müalicəsinə ayrılan vəsaitlərin düzgün və məqsədyönlü xərclənməsi ildə bir dəfədən az olmayaraq yoxlanılır. Kağızda, yoxsa elə-belə ?...
3. Təzə işə qəbul olunanlara xəbərdarlıq edilmədən ilk maaşlarından başla-yaraq, həmkarların hesabına pul vəsaiti köçürülür.
Ulu Öndərin siyasi kursuna sadiq qalaraq apardığınız quruculuq islahatları-nın tez bir zamanda gerçəklənməsi ücün təhsil naziri cənab Mikayıl Cabbarov, komandası, ələlxüsus da komandasının aparıcı iqtisadçı-hüquqşünasları və cənnət-dən çıxan Azad Həmkarlar İttifaqı Komitələrinin işçiləri dərk etməlidirlər ki;
1. MÜƏLLİM birinci növbədə canlı insandır.
2. Təhsilimizdə azlıq təşkil edən hər bir kişi müəllim ailə başçısıdır.
3. Ana olan hər bir qadın müəllimin ayağının altı cənnəti-məkandır.
4. Ekspriment olaraq gələcəkdə keçirilə biləçək attestasiyanın qiymətləndiril-məsi ilə əlaqədar «sınaq imtahanları»nın keçirilməsinə ehtiyac gərək deyildi.
5. Büdcə, əlil müəllimlərin cüzi maaşlarından əldə edilmiş 5 %-in hesabına formalaşmır.
6. Təhsilin büdcəsi İçərişəhərin Qoşa qala qapıları deyil ki, şlaqbaum qoyub, pul yığasan (Deyilənlərə və KİV-də yazılanlara istinadən "JEK” işçiləri olublar. "JEK” işçilərindənsə qanunvericiliyə uyğun nəsə xeyirxah əməl gözlə-mək, demək olar ki, mümkün olası iş deyil).
7. 06 iyun 2014-cü il tarixdə Sizə ünvanladığım teleqramda P.S.-da bildirmiş-dim ki, Elnur Əliyev nazir tərəfindən qanunvericiliyə zidd olaraq verilmiş ƏMR-ə istinadən eyni vaxtda Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin rəis müavini, həm də Nazirliyin ümumi şöbəsinin müdiri vəzsifələrini icra edir və sınaq imta-hanlarının nəticələriindən asılı olaraq ‒ onların "maraqları” doğrulmuş olsa, ‒ onun hansı kresloda oturacağı da bəlli olacaqdır.
Düşündüyümüz kimi oturdu da, boşaltdı da!
Əsas bəlayi-dərd ondan ibarətdir ki, etimad göstərdiyiniz cənab Mikayıl Cabbarov qanunvericiliyimizə hörmət etmir. Mütamadi olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsası olan Azərbaycan Respublikası Konstitusiyasının 57.1. maddəsini bilərəkdən pozur.
Belə ki, kömək məqsədi ilə adına ünvanladığımız məktublar bir tərəfə, 06 iyun 2014-cü il tarixdə Sizə göndərdiyimiz teleqramın xanım Fatma Abdullazadə tərəfindən ‒ işçisi, adı gərək ki, Yeganə xamımın dediyinə görə ‒ nəzarətə götü-rüldüyünə baxmayaraq, nəzarətsizlik üzündən telefon bağlantısı ilə tərəfimizdən mütəmadi olaraq edilən tələblərimizdən sonra nazirliyin İnsan resursları şöbəsi-nin müdiri cənab Fərzəli Qədirov 18 noyabr 2014-cü il tarixdə "böyük bir minnət-izzət ilə zəhmət çəkib", yalnız TELEQRAMA cavab göndərmişdir. O da 6 (altın-cı) ayda, özü də bürokratik bir cavab.
İmzaladığınız Sərəncama əsasən, Azərbaycanda bilik və bacarıqlarının diaq-nostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının isə 2 dəfə artırılması ilə əlaqədar dövlətçiliyimizə xidmət edən Cəmiyyət olaraq Sizə təşəkkür dolu minnətdarlığımızı bildiririk.
Lakin təəccüb doğursa da qeyd etməliyik ki, APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov 17 yanvar 2015-ci il tarixdə keçirdiyi mətbuat konfransında demişdir:
— Sınaq qiymətləndirilməsində iştirak etmiş müəllimlərin orta dərs yükünün 18 (on səkkiz) saata qaldırmağa nail olmuşuq.
Bununla cənab nazir nə demək istəyir???
Onun dediyindən belə çıxır ki, guya Sizin istəmədiyiniz halda müəllimlərin orta dərs yükünün 18 (on səkkiz) saata qaldırmasına istinadən maaşlarının da 2 (iki) dəfə artırılmasına o və aparıcı iqtisadçı-hüquqşünaslardan ibarət komandası nail olmuşlar (düşünürük ki, bu xəta onun dilinə, rus dilli olmağından irəli gəlir).
17 yanvar 2015-ci ildə PİA.az-da "Müəllimlərin maaşının artmasından qa-zanan kimdir" başlığı altında dərc edilmiş məqalədə iqtisadçı-ekspert cənab Rövşən Ağayev maaşların başqa bir variantda hesablanmasını təklif etmişdir:
— maaşlar 12 (on iki) saatlıq stavka çərçivəsində 2 (iki) dəfə artıraraq hər saat üçün zəhmət haqqı 25.8 manata çatdırılır və sonra dərs yükü 18 (on səkkiz) saata yüksəldilir. Bu halda ilk dəfə işə başlayan ali təhsilli müəllim (10-cu dərəcə-li) 465 manat, ən yüksək stajlı müəllim (15-ci dərəcə) 620 manat maaş almalıdır. Amma bu variant, yəqin ki, olmayacaq və birinci variant seçiləcək".
Maaş artımının problemli tərəfindən də söz açan ekspert onu da əlavə etmiş-dir ki, əsas variantda 2 (iki) dəfə artımdan sonra qazanan,vergi orqanı olacaqdır.
29 may 2014-cü il tarixdə Cəmiyyətin rəhbərliyi tərəfindən Təhsil Naziri Mikayıl Cabbarova ünvanlanmış məktubda müəllimlərin maaşı ilə əlaqədar daha önəmli olan aylıq saathesabı ödəmə variantı təklif edilmişdir.
İnanırıq ki, tərəfinizdən müəllimlərin rifah halının daha da yaxşılaşdırılması ilə əlaqədar tezliklə bu variant, öz həllini tapacaqdır.
Yuxarıda şərh olunanları şəxsi nəzarətinizə götürərək:
— qaldırılan hər bir məsələnin təxribat yönəmli olub-olmadığının aidiyyatı orqanlar tərəfindən araşdırılmasına;
— inflyasiya adı altında təxribat yönəmli əməlləri ilə əlillərin, müəllimlərin, təqa-üdçülərin və bu sıradan olanların güzaranlarının aşağı səviyyədə olmasında günah-kar şəxslərin cəzalandırılmasına və nəticə etibarı ilə qaldırılan məsələlərlə bağlı görülən tədbirlər barədə Cəmiyyətin məlumatlandırılmasına müvafiq göstəriş verməyinizi təvəqqe edirik.
"Həyatda şərəflə şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər bir kəs özü seçir".
"Rəhbərlik etmək, yəni adamları öyrətmək və tərbiyələndirmək üçün gərək mənəvi haqqın olsun".
Heydər Əliyev

P.S. Sınaq imtahanlarından da qabaq bəlli idi ki, müəllim var, direktordan si-nif rəhbəri təyin edilməsini, saat yükünün artıqlaması ilə verilməsini xahiş edir, müəllim də var ki, valideyinlər özləri direktordan Onun övladlarına sinif rəhbəri təyin edilməsini, dərs deməsini xahiş edirlər.
Hörmət və minnətdarlıqla,
İntibah” Xeyriyyə Cəmiyyəti, Vətəndaş Hüquqlarının müdafiə Fondunun prezidenti Fəxrəddin Babayev ”