backend

Suraxanıda qadın müəllim tərəfindən vəhşicəsinə döyülüb? - FOTO 18+

Suraxanıda qadın müəllim tərəfindən vəhşicəsinə döyülüb? - FOTO 18+






















Məktəb direktoru açıqlama verib

69 yaşlı xanım Müəllimə Yusifova iddia edir ki, o, Suraxanı rayonundakı orta məktəbin müəllimi tərəfindən vəhşicəsinə döyülüb.

qaynarxett.az xəbər verir ki, Yusifova bununla bağlı Milli.Az-a müraciət edərək bildirib:

“45 il müəllim işləmişəm. Məni döyərək, burnumu sındırıb tanınmaz hala salan 33 yaşlı Quliyev Yaşar Ağa oğludur. Quliyev Yaşar Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 154 saylı orta məktəbdə tarix müəllimi işləyir.

Xəsarət alandan sonra səhhətimdə ciddi xəstəliklər yaranıb. Sizcə, ahıl yaşlı qadına qarşı bu cür cinayət edən Quliyev Yaşar Ağa oğlu müəllim kimi fəaliyyət göstərib, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul ola bilərmi? Məncə, təhsil işçiləri sırasında bu cür şəxsin fəaliyyət göstərməsi onun dərs dediyi uşaqlar üçün də təhlükəlidir”.

“Hazırda hadisə ilə bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində Gülsarə İmanovanın hakimliyi ilə baxılır. Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə başlanan cinayət işi sonradan dəyişdirilərək 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) ilə sona çatdırılıb. Xahiş edirəm, məsələ ilə bağlı jurnalist araşdırması aparasınız. Məsələni ictimailəşdirməkdə məqsədim cinayətkarın ədalətli cəza almasıdır”, - deyə şikayətçi vurğulayıb.

Məsələ ilə bağlı 154 saylı orta məktəbin direktoru Əliyev Əli yayılan məlumatla bağlı Oxu.Az-a bildirib ki, Quliyev Yaşar həqiqətən də 2005-ci ildən 154 saylı məktəbin tarix müəllimidir.

“Haqqında məlumat gedən xanım Müəllimə Yusifova isə rəhbərlik etdiyim məktəbdə müəllimə kimi fəaliyyət göstərmir.

Quliyev Yaşar işlədiyi müddətdə özünü savadlı və bacarıqlı müəllim kimi göstərib və məktəbdə tədris prosesi normal şəraitdə davam edir.

Məsələyə hüquqi qiymət verildikdən sonra baxıla bilər”.

Suraxanıda qadın müəllim tərəfindən vəhşicəsinə döyülüb? - FOTO 18+