backend

Moldovanın ombudsmanı Kəlbəcər girovları üçün mübarizəyə başladı

Moldovanın ombudsmanı Kəlbəcər girovları üçün mübarizəyə başladı






















“Rusiya hakimiyyətinin fəaliyyətsizliyini necə qiymətləndirmək olar?”

Moldovanın parlament vəkili Aureliya Qriqoriu avropalı hüquq müdafiəçiləri arasında Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək məsələsini qaldırmağa hazırdır.

qaynarxett.az xəbər verir ki, Qriqoriu bazar ertəsi Trend-ə bildirib ki, ermənilər tərəfindən girov götürülən və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə legitim deyil.

O qeyd edib ki, dünya bu məsələ ilə kifayət qədər məlumata malik olmadığından bu fakta heç bir reaksiya vermir: “Mən bu məsələni avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazıram, lakin mənə son nəticələr lazımdır”.

Qriqoriu Dağlıq Qarabağ münaqişəsi məsələsində dünyada mövcud olan ikili standartlara gəldikdə deyib ki, insan haqlarının pozulması ilə bağlı qiymətləndirmədə siyasi prioritetlər sonuncu rol oynamır:

"Əks halda, mühakimə olunanlardan biri - Rusiya vətəndaşı barədə qanunsuz məhkəmənin çıxardığı hökmlə bağlı Rusiya hakimiyyətinin fəaliyyətsizliyini necə qiymətləndirmək olar?”

Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi mətbuat konfransında girovun taleyi barədə sualı cavablandırarkən deyib ki, Rusiya ölkə vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcək: "Onu erməni tərəfi saxlayıb və biz bu məsələni Ermənistanla müzakirə edəcəyik".