backend

Bakıda uşağı olmayan sonsuz kişi özünü yandırdı

Bakıda uşağı olmayan sonsuz kişi özünü yandırdı















Ailədə övlad izdivacda olanların ruhu, çox hallarda isə yaşam stimuludur

Övladın olmaması isə qəm və kədərlə bahəm, həyatdan küskünlük də yarada bilər. qaynarxett.az Milli.az-a istinadən xəbər verir ki, Bakıda ötən gün ata olmaq arzusu cavan bir kişini yandırıb.
Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov uzun müddət övladının olmamasına görə özünə qəsd edib. O, yaşadığı evin həyətində üzərinə ağ neft tökərək yandırıb. Çətinliklə söndürülən İ.Məmmədov xəstəxanaya çatdırılıb.
Nizami Rayon Prokurorluğundan sayta bildirilib ki, İ.Məmmədovun bədəninin 65 faizi yanıb. Vəziyyəti ağır olduğundan onu dindirmək olmayıb.