backend

Gülən camaatından sensasion imtahan saxtakarlığı – Belə bir şey görülməmişdi

Gülən camaatından sensasion imtahan saxtakarlığı – Belə bir şey görülməmişdi


















“Paralel dövlət”-in Türkiyədə polis akademiyasına qəbul imtahanları zamanı sensasion saxtakarlıqlara yol verdiyi məlum olub

qaynarxett.az Avropa.info-ya istinadən xəbər verir ki, 2012-ci ilə polis akademiyasının qəbul imtahanlarında iştirak edən İ.A. adlı şəxs “paralel dövlət”-in abituryentlərə and içdirərək testlərin cavablarını payladığını bildirib.

Məsələ haqda geniş danışan İ.A. 2011-ci ildə 21 yaşında ikən imtahana girdiyini amma qəbul imtahanlarında müvəffəqiyyət əldə etmədiyini söyləyib. O daha sonra Gülən camaatına aid olan evlərdə qalıb. Məhz “paralel dövlət”-lə tanışlığı da elə buradan başlayıb.

Gülən camaatı ona imtahanlardan keçəcəyi barədə zəmanət verib və sözünün üstündə də duraraq 2012-ci ildə onun akademiyaya qəbul edilməsinə köməklik göstərib.

“Camaata aid olan tələbə evlərində sistemə uyğun davransaydıq bizi akademiyaya yerləşdirəcəkdilər. İmtahandan bir həftə qabaq bizi İstanbulda bir evə çağırdılar. Mobil telefonlarımızı söndürüb başqa bir otağa apardılar. Dəstəmaz alıb iki rükət namaz qılmağımızı istədilər. Evin “abi”-si bizə “Quran oxuyun. İndi Ankaradan bir abi gələcək. Qoy sizi Quran oxuyarkən görsün.” dedi. Bölgə “abi”-si gəldi və çantasından andiçmə mətnini çıxardı.”

Baş vermiş hadisələri bir-bir etiraf edən İ.A. sözlərinə belə davam edib:

“Qurana əl basaraq andiçmə mətnini oxuduq. Həmin mətndə sualların göstərilməsinin gizli saxlanılması lazım olduğu bildirilirdi. Bütün bunları sirr olaraq saxlayacağımıza namusumuz və şərəfimiz üzərinə and içirdik. Bundan sonra sualların doğru cavabları olan bir kitabça bizə təqdim olundu. Uzun müddət həmin evdə qalın cavabları əzbərlərik. Əzbərimizin doğru olduğu yoxlanıldıqdan sonra telefonlarımızı alıb həmin evdən çıxdıq.”

Polis akademiyasına bu yolla qəbul olan həmin şəxs bunun doğru olub olmadığı haqqında bir sual verdiyini bildirir. Gülən camaatı isə bu suala “axmaqlar, ateistlər girsin akademiyaya?” deyə cavab verərək İ.A.-nı sakitləşdirib.