backend

"İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir" - Deputat

"İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir" - Deputat






















“Azərbaycanda xüsusən özəl tibb müəssisələrində qanunsuzluq baş alıb gedir. İranda diş həkimidir, gəlib Bakıda ginekoloq işləyir”

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklərin müzakirəsi zaman deyib.

M.Quliyev qeyd edib ki, xarici ölkələrdən Azərbaycana işləmək üçün gələn həkimlər üçün qaydalar sərtləşdirilməlidir: “Azərbaycanın artıq kifayət qədər həkim kadrları formalaşıb ki, ölkə əhalisinə xidmət göstərsin. Ona görə Dövlət Miqrasiya Xidməti bu işlə ciddi məşğul olmalıdır, Səhiyyə Nazirliyi lisenziyaların şərtlərini sərtləşdirməlidir və xaricdən o adamlar Azərbaycana gəlməlidir ki, o ixtisaslara bizdə ehtiyac var”.

Bu baxımdan deputat qanuna edilən dəyişikliklərin vacibliyini qeyd edib: “Tez-tez reydlər keçirilməlidir ki, həkimlər lisenziyalarında göstərilən xidmətlərdən kənara çıxmasınlar”.

Qeyd edək ki, qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilimir.

Qanuna edilən digər dəyişikliyə əsasən, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir ("Trend").