backend

Erməni analar Sərkisyanın şəklini tapdalayıb, özünə "bic" dedilər - (Video)

Erməni analar Sərkisyanın şəklini tapdalayıb, özünə "bic" dedilər - (Video)













Ermənistanda əsgər anaları İrəvandakı prezident sarayının önündə prezident Serj Sərkisyanın şəklini ayaqlar altına ataraq tapdayıblar

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, erməni polisinin əsgər analarına mane olmaq cəhdi uğursuz olub. Bir qadın isə ona məhəl qoymayıb və Serj Sərkisyanın sözünə əməl etməyən nacins olduğunu vurğulayıb.

Yerə atılan şəkildə Serj Sərkisyanla əsgər analarının 4 il qabaq yanvarın 27-də əsgər anaları ilə görüşü təsvir edilib. Həmin görüşdə erməni prezident əsgər analarına övladlarının dinc şəraitdə həlak olmasının günahkarlarını cəzalandırmaq üçün ədalətli məhkəmə təşkil ediləcəyinə söz vermişdi. Amma Serj Sərkisyan sözünə əməl etməyib.

Həmin vaxt prezidentin qərargahından yepiskop Baqrat Srbazan da çıxıb. Qadınlar keşişi mühasirəyə alıblar. “Sən bu atasından bixəbər üçün dua edirsən?”- deyə onu təhqir ediblər.