backend

Ancelina Coli İŞİD-dən yazdı: "Ana zorlanmağa, işgəncəyə razıdır..."

Ancelina Coli İŞİD-dən yazdı: "Ana zorlanmağa, işgəncəyə razıdır..."












"The New York Times" aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Ancelina Colinin İraqdan yazdığı məqaləsini dərc edib

O, 2007-ci ildən İraqa beş dəfə getdiyini, ancaq indiki kimi əzab-əziyyətin şahidi olmadığını yazır: "Bu səfərimdə nitqim qurudu. Göz yaşları axıdan ana qızının İslam Dövləti, İŞİD yaraqlılarının əlində olduğunu deyir, özünün də orada olmağını arzulayır. Bu anaya nə deyəsən? Hətta zorlanmağa, işgəncəyə razıdır, təki bunlar qızının başına gəlməsin".

"Zirzəmidə yaşayan 13 yaşlı qıza nə deyəsən? Hər dəfə üç-üç çıxarılıb zorlanıblar. Qardaşı xəbər tutanda özünü öldürüb"- deyə A.Coli yazıb.

Müəllif Suriyanın qonşularına milyonlarla qaçqının yükünü çəkmək üçün daha çox yardım ayrılmasının vacibliyini vurğulayır (azadliq.org)