backend

Səudiyyə Ərəbistanında saray çevrilişi - ABŞ mediasından sensasion iddia

Səudiyyə Ərəbistanında saray çevrilişi - ABŞ mediasından sensasion iddia




















ABŞ-ın məşhur "Huffington Post" qəzetində "Səudiyyə Ərəbistanında saray çevrilişi başlıqlı təhlil yazısı yayımlanıb

Avropa.info həmin yazının tərcüməsini qısa ixtisarla təqdim edir:

Kralın ölümündən 12 saat sonra Səudiyyə Məclisinin güclü və zəngin tayfası Sudairi qəbiləsi təkrar ortaya çıxdı və adı olan, fəqət cismi olmayan bir saray çevrilişi hazırladı.

Yeni kral Salman vəzifəyə gələr gəlməz ögey qardaşı Abdullahın yarımçıq qalan işlərini sürətlə davam etdirməyə başladı . O, kral Abdullah tərəfindən seçilən Vəliəhd Şahzadə Mukrini dəyişdirməmə qərarı verdi. Salman gözlənilmədən Sudairi qəbiləsinin öndə gələn adlarını yüksək mövqelərə və Daxili İşlər Nazirinin müavini Məhəmməd bin Nayefi vəliəhd prens təyin etdi. Əslində, dünyasını dəyişmiş Kral Abdullah bu məqamı öz oğlu Meteb üçün istəyirdi, ancaq bu mümkün olmadı.

Ən əhəmiyyətlisi isə özü də bir Sudairi olan Kral Salmanın, Müdafiə Nazirliyi vəzifəsinə 35 yaşlı oğlu Məhəmməd bin Salmanı gətirməsi oldu. Bütün bunların kral Abdullah öldükdən sonra edilməsi isə ilginc məqamlardan xəbər verir.

Səudiyyədə Baş katiblik kral Abdullahın dönəmində Kral Məhkəməsinin rəhbəri Xalid əl-Tuveycri tərəfindən təşkil olunmuşdu. Baş katiblik əsası Əbdüləziz əl-Tuveycri tərəfindən qoyulan və atadan oğula qalan qazanclı bir işdir. Tuveycrilər kralın şəxsi işlərini təqib edirdilər və onların icazəsi, xəbəri olmadan krala çatmaq mümkün deyildi. Tuveycri xarici siyasətin və strateji oyunların da kilid oyunçusu idi. Misirdə inqilabı pozmaq, Bəhreyndə üsyanı yatırmaq üçün əsgər göndərmək, vətəndaş müharibəsinin əvvəllərində Suriyadakı qruplara maliyyə yardımı işlərinin hamısında Tuveycrinin adı keçmişdi.

Tuveycrinin Misir prezidenti Sisi ilə olan dostluq münasibətlərinin üstünü artıq Ər-Riyaddan yönələn intensiv küləklər bulayır. Sisi cümə günü dəfn mərasiminə qatılmadı. Sadəcə, pis hava üzündənmi ?

Yeni kralın oğluna verdiyi dəyərin digər atalarla müqayisədə başqa bir səbəbi də var. O, dövlətdən və hakimiyyətdən narahatdır. 79 yaşlı Salmanın hazırda xəstə olduğu bildirilir. Onun danışdıqlarını tez bir zamanda unutmaq xəstəliyi ilə üz -üzə olduğu qeyd edilir. O, bir dəqiqə əvvəl nə dediyini unudur. Bu, xəstəliyin tipik xüsusiyyətidir.

Hər hansı bir müxalifət olan bir ölkədə siyasi dəyişikliklər və dövlət gəmisinin istiqamətini dəyişmək cəhdi suallara və iradlara açıqdır. Ancaq Səudiyyə Ərəbistanın Misir siyasətində müxaliflərə artıq yer ayırması və onları riyazi mənada ciddiyə almağa başlaması ciddi bir istiqamət dəyişikliyinin göstəricisidir.

Salmanın yüksək rütbəli müşavirlərinin misirli müxalif liberallara danışıqlar aparması haqda məlumatlar yayılıb. Danışıqlar aparılan şəxslər İxvan üzvü deyil, amma onlarla əlaqələri var. Daha praqmatik və daha az aqressiv şəxsdir.

Kral Abdullah dövründə Müsəlman Qardaşlar təşkilatı, İŞİD və əl-Qaidə kimi terror təşkilatı elan edilmişdi.

Səudiyyədə Sudairi qəbiləsi hər nə qədər siyasi prosesləri nəzarətləri altında saxlasalar da, Səudiyyə Məclisində güc mübarizəsi gedir. Hətta cümə axşamı Kralın öldüyü ilə bağlı şayiələr Tvitterdə dolaşmağa başlayanda, iki əmir kralın öldüyünü açıqlamışdı. Rəsmi açıqlamadan öncə. Bu zaman Səudiyyə sarayı çətin vəziyyətə düşmüşdü.

Səudiyyədə dəyişiklik ehtiyacının olması açıq-aydın görünür. Bu ölkənin arxa bağçası olan Yəməndə siyasi bir zəlzələ baş verir. Prezident Mənsur Hadi, baş naziri və hökuməti istefa verdi. Ölkədə iki güc qarşı qarşıyadır: İran dəstəkli Hizbullah qüvvələri və sünni müsəlmanların müdafiəçisi əl-Qaidə.

Körfəz Əməkdaşlıq Şurası ilə əməkdaşlıq imkanı axtaran Səudiyyə Ərəbistanı üçün bu bir fəlakətdir. Yəmənin keçmiş diktatoru Əli Abdullah Saleh yeni seçki keçirilməsini təklif edir. Yəmən Yaxın Şərqin Ərəb baharını tamamlamayan dördüncü dövləti oldu.

Şiə husilerin Yəməndəki yüksəlişi öz-özünə deyil. Bu taktika Saleh və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən aylar öncə planlaşdırılmışdı . Salehin Romada iranlı bir nümayəndə heyəti ilə görüşmüşdü. Bu görüş ABŞ kəşfiyyatı tərəfindən müəyyən olundu və Hadiyə çatdırıldı. Bir il əvvəl Səudiyyənin kəşfiyyat şefi Şahzadə Bəndər, husilərin öndə gedən nümayəndəsi ilə görüşməyə getdi. Qəribə burasındadır ki, Səudiyyə İran dəstəkli şiələr ilə bir müddətdir ki, onsuz da təmas qururmuş.

Lakin Səudiyyənin planı gerçək hədəflərini məhv etmək və onları vurmaq üçün husilərdən istifadə etmək idi. 2011-ci ildən sonra Abdullahın xarici siyasətinin mərkəz nöqtəsi Tunis və Misirdə Ərəb baharını dayandırmaq və körfəz ölkələrində fəal müxalifət qabiliyyətinə malik bütün qüvvələri əzmək olub.

Hökumət husilərin irəliləməsinə qarşı silahlanmağı rədd edincə Yəmənin planı yerə düşdü. Nəticə olaraq, husilər gözləniləndən daha çox sahədə nəzarəti təmin etdilər və nəticə olaraq, Yəmən vətəndaş müharibəsi həddinə gəlib çatdı.

Kral Salmanın dəyişikliyin zəruriliyinin fərqində olub olmadığını söyləmək hələ çox tezdir. İnqilaba qarşı ən yaxşı müdafiə krallıq daxilində real, konkret, siyasi bir islahatlar keçirməkdir. Milli siyasət, siyasi partiyalar, real rəqabətə davamlı seçkilər, siyasi məhbusların sərbəst buraxılmasını, bütün bunlara icazə verilməlidir.

Kral Abdullahın səltənəti, Səudiyyə Ərəbistanı zəiflətdi və qonşuları ilə düşmənə çevirdi. Salman bunları aradan qaldıra biləcəkmi ? Bu böyük bir vəzifədir, amma ətrafında köklü bir dəyişikliyin lazım olduğunu düşünən insanlar var. Səudiyyə kralı xalqının dəstəyini ancaq bu yolla ala bilər.