backend

Azərbaycanda məktəbdə görünməmiş hadisə - Ət satılır

Azərbaycanda məktəbdə görünməmiş hadisə - Ət satılır




















Qəbələ şəhər Nicat Apayev adına 4 saylı orta məktəbdə “analoqu” olmayan hadisə baş verib

qaynarxett.az Aznews.az-a istinadən xəbər verir ki, bir qəssab məktəbin həyətində ət satışı ilə məşğul olmağa başlayıb. “Sancaq Production” adlı səhifənin paylaşdığı şəkillərdən də göründüyü kimi qəssab avtomobilini məktəbin həyətində saxlayıb, yanında da piştaxta qoyub.

Qəssab piştaxtanın üzərinə ət düzəərk satıb, toyuq-cücəni isə otlağa buraxıb.

Şagirdlər səsi ilə dərsə mane olan alverçidən bu ticarətin səbəbini soruşublar.

O isə “İşimə qarışmayın, mən bilərəm, direktor bilər” cavabını verib.