backend

İŞİD-in əsir qadınlara verdiyi işgəncələr Ancelina Colini şoka saldı

İŞİD-in əsir qadınlara verdiyi işgəncələr Ancelina Colini şoka saldı






















“Zirzəmidə yaşayan 13 yaşlı qızlar hər dəfə üç-üç çıxarılıb zorlanıblar”

“The New York Times” aktrisa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi səfiri Ancelina Colinin İraqdan yazdığı məqaləsini dərc edib.

qaynarxett.az Lenta.ru-ya istinadən xəbər verir ki, o, 2007-ci ildən İraqa beş dəfə getdiyini, ancaq indiki kimi əzab-əziyyətin şahidi olmadığını yazır: “Bu səfərimdə nitqim qurudu. Göz yaşları axıdan ana qızının “İslam Dövləti”, İŞİD yaraqlılarının əlində olduğunu deyir, özünün də orada olmağını arzulayır. Bu anaya nə deyəsən? Hətta zorlanmağa, işgəncəyə razıdır, təki bunlar qızının başına gəlməsin”.

“Zirzəmidə yaşayan 13 yaşlı qızlara nə deyəsən? Hər dəfə üç-üç çıxarılıb zorlanıblar. Onlardan birinin qardaşı xəbər tutanda özünü öldürüb” - deyə A.Coli yazıb.

Müəllif Suriyanın qonşularına milyonlarla qaçqının yükünü çəkmək üçün daha çox yardım ayrılmasının vacibliyini vurğulayır.