backend

AŞPA Rusiyanı səs hüququndan məhrum etdi

AŞPA Rusiyanı səs hüququndan məhrum etdi



















“Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”

Rusiya nümayəndə heyəti 2015-ci il boyu AŞ PA-nı boykot edir.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Vladimir Puşkov deyib.

O bildirib ki, rusiyalı parlamentarlar üçün səs hüququnun aprel və ya iyuna qədər dondurulması arasında heç bir fərq yoxdu:

“Biz bütünlükdə 2015-ci il boyu AŞPA-nın işini boykot edirik”.

V. Puşkov saxlanılmış ukraynalı deputat Nadia Savçenkonun dərhal azad edilməsi ilə bağlı AŞPA-nın çağırışının da heç bir əsası olmadığını deyib: “Çünki AŞ PA Rusiya ilə dialoqdan imtina etdi. Bizimlə əməkdaşlıq etməyən qurumun çağırışı heç bir əhəmiyyət kəsb etmir”.

28.01.2015 19:13

AŞPA-nın monitorinq komissiyası 2015-ci ildə Rusiya Federasiyasının səs hüququndan məhrum edilməsi və onun Assambleyanın rəhbər orqanlarından çıxarılması barədə düzəlişi dəstəkləyib.

qaynarxett.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyadan olan komissiya üzvü, Rusiya nümayəndə heyəti sədrinin müavini Leonid Slutski bildirib.

“Bu düzəliş yalnız bir səs üstünlüyü ilə keçib. Və Rusiya üzrə məruzəçi Stefan Şennax özü də onu qeyri-destruktiv və qətnamənin bütün arxiketurasını dağıdan adlandırıb”, - deyə, Slutski qeyd edib.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin vəziyyəti həll etmək və assambleyanın iclasında AŞPA-da səlahiyyətlərin qaytarılmasına nail olmaq imkanı qalır. Rusiyalı deputat bir daha ölkəsinin mövqeyini açıqlayıb: AŞPA Rusiyanı səs hüququndan məhrum edərsə, Rusiya nümayəndə heyəti Strasburqu tərk edəcək və 2015-ci ilin sonunadək Assambleya ilə münasibətlərini donduracaq.