backend

McDonald's-ın başçısı istefaya getdi

McDonald's-ın başçısı istefaya getdi






















Şirkətin gəlirləri azalıb

McDonald's-ın prezidenti və baş icraçı direktoru Don Tompson istefaya gedir.

Bu barədə The Wall Street Journal yazıb.

Məlumata görə, şirkətin rəhbəri vəzifəsini vitse-prezident və korporasiyanın baş brend direktoru Stiv Sterbruk tutacaq.

Bundan əvvəl məlum olub ki, 2014-cü ilin dördüncü rübündə McDonald's-ın xalis mənfəəti 21% azalıb.