backend

SOCAR-da faciə: Neftçi öldü

SOCAR-da faciə: Neftçi öldü




















Məmmədov qaydalara əməl etməyib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Abşeronneft” Neft-qazçıxarma İdarəsində (NQÇİ) baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

SOCAR-dan verilən məlumata görə, yanvarın 28-də, saat 18:10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb.

Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. A. Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.