Ermənistanın pilotsuz uçan aparatı məhv edilibMüdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 29-da saat 14 radələrində cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.