backend

"Bakıelektrikşəbəkə"də "nurçu" izi

"Bakıelektrikşəbəkə"də "nurçu" izi



















"Bakıelektrikşəbəkə"nin Nəsimi RETSİ-nin müdiri Ramiz Yusifovun və enerji satış müdiri Mürsəl Eyvazovun Azərbaycandakı nurçu şəbəkəsi ilə yaxın əlaqə olması və onlara dəstək verməsi ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Ramiz Yusifov idarənin əsas şöbəsi olan satış işini Mürsəl Eyvazova tapşırması təsadufi deyil. Belə ki, bütün maxinasiyalar məhz bu şöbədə baş verdiyi üçün Ramiz Yusifov buraya ən yaxın adamını təyin edib.

Mənbə iddia edir ki, Azərbaycanda nurçu əməliyyatlarına start verildikdən sonra bir çoxları kimi (Elnur Aslanovun və yaxın ətrafının zərərsizləşdirilməsindən sonra) Ramiz Yusifov və Mürsəl Eyvazova ehtiyatlı davranmaqları tapşırılıb.

Enerji sahəsi ölkənin əsas pritoritet sahələrindən olduğu üçün nurçular bu sahəyə də əl qoymağı bacarıb. Hətta Ramiz Yusifov və Mürsəl Eyvazova mərhələli şəkildə yuxarı vəzifələrə çəkilməsi ilə bağlı vəd verildiyi də iddia olunur.

Qeyd edək ki, Azərbaycanda nurçu şəbəkəsinin ciddi problemə çevrilməsi və bir çox dövlər idarələrinə nüfuz etməsi artıq Prezident Adminstrasiyasında da müzakirə mövzusudur. Əslində, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə PA-nın şöbə müdiri Aslanovun vəzifədən alınması da vəziyyətin nə qədər ciddi olduğundan xəbər verirdi. Hətta bu məsələnin ölkə başçısı ilə Türkiyənin o vaxtkı baş naziri (indiki prezident) Rəcəb Tayyib Ərdoğan görüşündə də müzakirə edildiyi bildirilirdi.

Doğrudan da, Ramiz Yusifovun və Mürsəl Eyvazovun nurçulara yaxın olub-olmaması ilə bağlı iddiaları dəqiqləşdirmək istədik. Ancaq adıçəkilən şəxslərin heç biri ilə əlaqə saxlaya bilmədik.