backend

238 saylı məktəbdə növbəti qalmaqal

238 saylı məktəbdə növbəti qalmaqal















Şagirdlərin dalaşmasına valideynlər də qatılıb, direktor İlqar Tağıyev isə hər sinifə 34-35 uşaq yerləşdirir

Bakıda yerləşən Namiq Həmzəyev adına 238 saylı orta məktəbdə şagirdlər arasında mütəmadi olaraq dava-dalaş qeydə alınır. Bu barədə JAM.AZ-a verilən məlumatda deyilir ki, ötən ilin dekabrında belə bir dava 6-cı sinif şagirdləri arasında olub və dalaşanlardan biri başından tramva alıb.

Baş vermiş olayı polis və Təhsil Nazirliyindən gizlətmək üçün ekspertiza rəyi saxtalaşdırılıb. «Belə hallar məktəbdə tez-tez olur. Məsələn, axırıncı dəfə məktəbdə belə bir dava oldu. 2-ci sinif şagirdi Həsənov Canpolad Rövşən oğlu sinifdə dalaşdı, hətta bu dava sonradan uşaqların valideynlərini də əhatə etdi. 1 il bundan qabaq mətbuat yazanda ki, məktəbdə təlim-tərbiyə yoxdur, onda direktor İlqar Tağıyev digər mətbuat orqanlara açıqlama verirdi ki, yalandır, burada kimlərinsə məqsədi var. İndi nə oldu, Canpoladın valideynləri də bir-biriləri ilə dalaşdı?»

Məlumatda vurğulanır ki, baş verənlərdən valideynlər də narazılıq edir. Belə ki, 5-6-cı siniflərdə 18-20 uşaq olması vacib olduğu halda uşaqların sayı 34-35 nəfərə çatdırılır. «Bu isə balonya təhsil sisteminin prinsipinə ziddir. Məsələn, kurikum təhsil sistemində bir sinifdə 20 uşaq olmalıdır. Amma 5-ci sinifdə jurnalda 24-25 uşağın adı olduğu halda 34-35 uşaq oxuyur. Müəllimlər isə sinifdə uşağın çoxluğuna görə bütün şagirdlərlə məşğul ola bilmir».

qaynarxett.az-ya daxil olan bilgilərdə qeyd edilir ki, böyük ehtimalla Bakıya qeydiyyatı olmayan uşaqlardan 500-600 manat məbləğ qarşılığında onları məktəbə qəbul edirlər. «Araşdırılsa, bəlkə də uşaqların adı jurnaldan çıxmaz. Hər halda bu valideynlərin qənaətidir. Sadəcə adlarını bildirməyə ehtiyat edirlər».

Qeyd edək ki, sözügedən məktəbdə rus, ingilis, tarix fənnlərindən dərslərinin keçirilmədiyi də deyilir. Həmin bilgilərə görə, məktəbin 10-11-ci sinif şagirdləri ümumiyyətlə dərsə gəlmir. «Repetitor yanında çalışan uşaqların dərsə gəlməmələrinə tərbiyə işləri üzrə direktor müavini sayəsində şərait yaradılır. Dərsə davamiyyətin olmadığı şəraitdə tədrisin keyfiyyətindən danışmaq təbii ki, yersizdir. 238 saylı məktəbdə monitorinqin aparılması, müəllimlərin dərsində oturulması, savad və metodikalarının olub-olmamasının öyrənilməsi məqsədə uyğundur. Vəziyyətin kafi şəkildə olduğunu bilən Bakı şəhər Təhsil İdarəsinin vəzifəli şəxsləri naməlum səbəbdən tədbir görmək istəmir».

Qarşı tərəfi də dinləməyə hazırıq.