Ağstafa rayonun icra başçısından mətbuata materialları kimlər ötürür? - ŞOK

gundem 30-01-2015, 21:26
Ağstafa rayonun icra başçısından mətbuata materialları kimlər ötürür?  - ŞOK
















“Son zamanlar bir neçə mətbuat orqanında davamlı şəkildə Ağstafa rayonunun icra başçısı Məhərrəm Quliyev tənqid olunur. Onun tənqid olunması səbəbsiz deyil. İcra başçısı haqqında tənqidi materialları sayt və qəzetlərə ötürən rayon icra hakimiyyətində çalışan şöbə müdiri Şaiq Qurbanov və başçının müavini Ramiz Tatarovdur.”

Bu sözləri qaynarxett.az-nun elektron poçtuna göndərən rayon sakini bildirir ki, rayon əhalisinin fikirləri öyrənilsə bilinər ki, icra başçısı bu iki şəxsin rayonda meydan sulamaqlarına 2 ildir imkan vermir. “Hamı bilir ki, rayon əhalisinin varidatı bu iki şəxs tərəfindən talanıb. Hər iki şəxsin maldarlıq fermaları, taxta sexləri, un dəyirmanları, kafe və çayxanaları, 300 hektarlarla torpaq sahələri var və rayonda hegamonluq edib, zəli kimi rayon camaatın qanını içiblər. İndi hər şey əllərindən çıxıb, Məhərrəm Quliyevin Ağstafada nizam-intizam yaratmasını həzm edə bilmirlər. Və bu hesabdan mətbuata davamlı şəkildə Məhərrəm Quliyevdən materiallar ötürürlər. Həqiqətdə isə meşələri qırdıran, qaz, su xətlərini torpağın altından çıxarıb satdıran, müxalifətə xidmət edən, rayonda narazılıq yaradan Şaiq və Ramiz müəllim olub. Ramiz Tatarov 25 il bundan qabaq müsavatçı olub. Şaiq Qurbanovun qaynı və özü həmişə AXC partiyasına xidmət ediblər. İndi belə məlumatlar yayılır ki, guya Ağstafada narazılıq var, Şaiq Qurbanov bunun qarşısını alır. Bu səmimiyyətə Ağstafa rayonunda heç kim inanmır. Hər iki şəxs rayonun keçmiş icra başçısı Cümşüd Musayevlə birləşib rayon əhalisinə divan tutanda nədən belə məsələləri mətbuat yazmırdı? İndi isə qeyd olunur ki, guya Məhərrəm Quliyev Ağstafaya qohumlarını vəzifəyə yerləşdirir. Ağstafada hamı bilir ki, Məhərrəm Quliyevin vəzifədə qohumu yoxdur, özü də Ağstafa rayonundan deyil. Belədirsə, nədən yalandan ajeotar yaradılır?”

P.S: Gün ərzində dəfələrlə Ağstafa rayon icra hakimiyyətinin səlahiyyətliləri ilə əlaqə saxlasaq da nə Ramiz Tatarov, nə də Şaiq Qurbanov telefon zənglərimizə cavab vermədilər. İcra başçısının köməkçisi Kənan müəllimlə əlaqə saxladıq. O isə Lalə xanımla əlaqə qurmağı tövsiyyə etdi. Lalə xanım isə bizə Şaiq Qurbanovun iş nömrəsini verərək onunla araşdırma aparmağımızı bildirdi. Dəfələrlə həmin nömrəyə zəng etsək də dəstəyi qaldıran olmadı. Bütün bunlara rəğmən məlumatda adı hallanan şəxsləri dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Oxunub: 1 229
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10