backend

İrandan Obama ilə bağlı ağlasığmaz iddia

İrandan Obama ilə bağlı ağlasığmaz iddia

“ABŞ prezidentlərinin 20 ildir klonlanlaşdırıldıqlarına dair əlimizdə dəqiq məlumatlar var”.

qaynarxett.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın Müdafiə Naziri Hüseyn Dehkan çıxış edib:

“ABŞ prezidentlərinin 20 ildir klonlanlaşdırıldıqlarına dair əlimizdə qəti məlumatlar var. Obamanın da elm insanları tərəfindən klonlanlaşdırıldığını bilirik”.

Xatırladaq ki, daha öncə də Şimali Koreyalı rəsmiləri ABŞ prezidentlərinin “insan olmadığı”na dair iddia ortaya atmışdılar.

Qeyd edək ki, klonlaşdırma dişi yumurtahüceyrənin haploid nüvəsini kənarlaşdıraraq başqa bir orqanizmin diploid nüvəsinin bu yumurtahüceyrəyə yeridilməsidir. Bunun nəticəsində elə bir fərd meydana gəlir ki, o, diploid nüvəsini götürdüyümüz orqanizmlə tamamilə oxşar olur. Əvvəllər belə hal ancaq əkizlərdə müşahidə olunurdusa, klonlaşdırma zamanı bu, qanunauyğunluq kimi özünü göstərir.