backend

Xalq artisti bacısı qızını biabır etdi

Xalq artisti bacısı qızını biabır etdi


Görün nələr dedilər ?


Xalq artisti Brilliant Dadaşovanın bacısı qızı Səidə Dadaşova xalası haqqında çox danışmaq istəməyib. Səidə Dadaşova xalasının onun haqqında dediklərini qulaq ardına vurub: “Mən ona cavab verəsi olsaydım, elə yanımda dediyi an həmin sözlərin cavabını verərdim. Onun haqqında danışmaq istəmirəm. Səidəni hər kəs tanıyır, bilir necə biriyəm. Mənim oturub-durduğum insanlar da çox normal, sivil insanlardı, artıq danışmayaq. Bu barədə ümumiyyətlə danışmaq istəmirəm”.

qaynarxett.az Bolgexeber.com-a istinadən xəbər verir ki, B. Dadaşova verilişlərin birində bacısı qızı Səidə Dadaşova üçün bu sözləri səsləndirib: “Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edirlər. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da yüz dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə, sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burada ayıb heç nə yoxdur. Sadəcə, bu, insanın səhhətinə ziyandır. Bir sözlə, biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.