backend

Futbolçunu meydançada "çilədilər" - (Video)

Futbolçunu meydançada "çilədilər" - (Video)















Yunanıstanda bir futbol matçında dava düşüb. ANS PRESS-in məlumatına görə, alt liqalardan birində baş tutan qarşılaşmada qoldan sonra ara qarışıb

Cərimə zərbəsindən topu qapıya göndərən futbolçu tordan qayıdan topa zərbə endirib. Futbolçunun bu hərəkəti rəqib komandanın futbolçularını qıcıqlandırıb.

Qapıçı həmin futbolçuya təpik vuraraq onu yıxıb. Daha sonra digər futbolçular da yerdəki oyunçuya hücum çəkiblər. Hətta bir futbolçu ayağı ilə oyunçunun başına zərbə endirib.

Hakimin müdaxiləsinə baxmayaraq, futbolçuları sakitləşdirmək mümkün olmayıb. Azarkeşlərdən bəziləri də meydançaya daxil olaraq futbolçulara hücum çəkib.