backend

Xaçmazda KATİBƏNİN idarə etdiyi müəssisə: - Əhməd Əhmədzadənin nəzərinə

Xaçmazda KATİBƏNİN idarə etdiyi müəssisə: - Əhməd Əhmədzadənin nəzərinə




















"Müdür mən olsaydım..."

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, idarənin rəisi Vaqif Səlimovun fəaliyyətində ciddi qanun pozuntularına yol verir. Belə ki, hələ ötən il melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilməmiş, görülən işlər isə keyfiyyətsiz və az effektli olmuşdur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülmüşdür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, SİB işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar.
Həmçinin məlmatlara bildirilir ki, idarənin maddi-texniki bazasının möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin mənimsənilməsi hallarına da geniş yer verilir. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə olunur. Həmin texnikanın yeniləri ilə əvəz olunması isə aydındır ki, dövlətə böyük xərclər bahasına başa gəlir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texnik xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur.
Xaçmaz rayonunda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazinin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daima səfərbər vəziyyətdə olmalıdır. Bu hazırlığın əsas məsuliyyəti isə əlbəttə ki, idarənin rəisi Vaqif Səlimovun üzərindədir. Təəssüflər olsun ki, bu gün biz hələ də öz şəxsi maraq və mənafeylərini ümumi işimizdən, hətta milli mənafelərdən belə üstün tutan məmurların yarıtmaz fəaliyyətləri ilə tez-tez rastlaşmalı oluruq. Özünü Respublika Meliorasiya və Su təsərrüfatı ASC-nin sədri Ə.Əhmədzadənin yaxın adamı kimi qələmə verən Vaqif Səlimov da məhz belə məmurlardandır.
Xaçmaz rayonundan əldə etdiyimiz başqa məlumata görə, rayonun Suvarma Sistemləri İdarəsində korrupsiya halları baş alıb gedir. Bildirilir ki, idarənin rəisi Vaqif Səlimov Su Təssərrüfatı Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəni aldadır. Belə ki Vaqif Səlimov dövlətin rayonda suvarma sistemlərini yeniləmək və təmir etmək üçün ayrdığı büdcə vəsaitini müxtəlif yollarla talan edir.
Məlumatda bildirilir ki, Vaqif müəllim sovet dönəmindən qalmış və istifadə vaxtı çoxdan bitmiş su nasoslarını sadəcə rəngləməklə kifayətlənir və sənədlərdə həmin nasosların yenilənməsi göstərilir. Adətən su nasoslarının təmiri üçün 1000-2000 manat xərcləndiyi halda sənədlərdə həmin məbləğ 45 000-60 000 manat göstərilir. Bu pulla isə bir neçə yeni su nasosu almaq mümükündür.
Bildirilir ki, təkcə keçən il dövlət büdcəsindən rayondakı sukanalların təmizlənməsi üçün100 000 manat pul ayrılıb. Həmin pul sadəcə silinib, amma su kanallarında son 20 il müddətində heç bir təmizləmə işləri aparılmayıb. Hər hansı bir işgörülübsə belə, bu ancaq kosmetik xarakterli olub. Bu üzdən suyun əkin sahələrinə satdırılmasında ciddi problemlər yaranır. Bundan başqa kanalların təmizlənməsi üçün ayrılan yanacaq və sürtkü yağlarının pulu da Vaqif Səlimovun şəxsi kassasında yoxa çıxır.
Həmçinin məlumatda o da bildirilir ki, su kəndlilərə dövlət qiymətindən üç dəfə baha qiymətə satılır. Pul əvvəlcədən nağd olaraq alınır, bir çox hallarda kəndilərə yetəri qədər su verilmir. Qəribədir ki, suyun əkin sahələrinə çatdırıla bilməməsi kanalların dolması ilə əlaqələndirilir. İdarə işçiləri açıq şəkildə əhaliyə bildirirlər ki, gedin kanalları təmizlətdirin. Halbuki su kanallarının təmizlənməsi üçün dövlət büdcəsindən ayrılan pulları Vaqif Səlimov mənimsəyir.
Bildirilir ki, rayonun vəzifəli və varlı şəxslərinə su ilk başda verilir. Ona görə də kasıb əhalinin əkin sahələri bütün yay ayları boyunca sudan korluq çəkir. Bu zaman kasıb əhalinin tək dolanışıq yerinin həmin əkin səhələri olduğunu heç kim vecinə belə almır.
Məlumatda Vaqif Səlimovun adı həmçinin işdə olub özləri isə heç idarənin yolunu belə tanımayan “ölü canlar əməliyyatı”ndan da bəhs olunur.

P.S: Dəfələrlə Vaqif Səlimovla telefon əlaqəsi yaratmağa çalışsaq da hər dəfə telefona katibə xanım cavab verərək müdürün yerində olmadığını bildirdi. Rayonda olan qaynaqlardan öyrəndik ki, Vaqif Səlimov xəstə olduğundan idarəni başlı-başına buraxıb. Belə çıxır ki, Xaçmazda çox mühüm bir vəzifəni həyata keçirən Suvarma Sistemləri idarəsini katibə idarə edir:

Böyük səylərimizdən sonra axır ki, "katibə - müdür" xanım bizi idarənin başqa bir vəzifəli şəxsi - baş mühəndis Xaləddin Məlikovla calaşdırdı. Xaləddin müəllim söhbətində yazıda göstərilən faktların əsassız olmasını ,su satışı ilə məşğul olmadığlarını, şəkillərin nahar vaxtı çəkildiyini göstərərək bir növ vəziyyətdən çıxmağa çalışdı. Vaqif müəllimin niyə işdə tapılmamasının səbəbini isə onun hal - hazırda Bakıda əsaslandırdı və bizi qərəzli olmağda suçlayaraq "Burda Vaqif müəllimin yerinə müdür mən olsaydım sizinlə başqa cür danışardım" deyə hədə - qorxu qarışıq məsləhət verməyi belə unutmadı.

Bu və digər məsələlər barədə isə növbəti sayında daha geniş məlumat verəcəyik.