backend

Gəlir mənbəyinə çevrilən təhsil ocağı

Gəlir mənbəyinə çevrilən təhsil ocağı


























İsmayıllı peşə məktəbində özünü “əlçatmaz firon”a çevirən Zaur müəllimin bəzi addımları, görəsən nəyə hesablanıb?


Sovet dönəmində texniki peşə məktəblərinin fəaliyyətinə daha çox önəm verilməsi, yürüdülən dövlət siyasətinin tərkib hissəsinə aid olan vəzifələrdən biri idi. Çünki, peşə təhsili olmadan gənc nəslin istehsalata cəlb olunması, onların əməyinin lazımınca dəyərləndirilməsi və s. olduqca çətin məsələlərdən biri hesab olunurdu. Elə ki, 1991-ci ildə Azərbaycan Respublikası özünün suveren hüququnu elan etdi, bu zaman əmələ gələn yeni siyasi sistem hər sahəni yeniləşdirdi. Bir sözlə, başqa sahələrdə olduğu kimi, Azərbaycan təhsili də həm dəyişdi, həm də yeniləşdi. Bununla da istər ali və orta ixtisas məktəblərində, istərsə də özəl təhsil ocaqlarında əmələ gələn dəyişikliklər, digər təhsil ocaqlarında da özünü göstərməyə başladı.
Bəs görəsən ötən illər ərzində Azərbaycan təhsilində həyata keçirilən köklü islahatlar, texniki peə liseylərinə necə təsir etdi? Elə bu necəliyin nəticəsidir ki, bu yöndə müəyyən araşdırmalar aparmağa başladıq və lazımi nəticələr də əldə edə bildik. Məlum olan o oldu ki, bu gün əksər peşə liseylərində direktor vəzifəsini daşıyan şəxslərin yarıtmaz idarəçiliyi, şəxsi maraqları, var-dövlət qazanmaq istəyi və s. nəticəsində, bu sahə bərbad vəziyyətdədir. Məsələn, İsmayılı peşə məktəbində də rəhbərlik yarıtmaz idarəçiliyi ilə, bu gün Azərbaycan təhsilinə ən böyük zərbəsini vurmaqda davam edir. Çünki, liseyin direktoru cənab Zaur müəllimin səriştəsiz idarəçiliyinin görünən tərəfi odur ki, məktəbin balansında olan emalatxanalar muəyyən məqsədlər üçün ayrı-ayrı şəxslərə icarəyə verilib. Və bunun müqabilində icarədarlar hər ay külli miqdarda haqq-hesab ödəməli olurlar. Əslində emalatxanalarda şagirdlərə təhsil aldıqları sənət üzrə təcrübə asınmalı, ixtisas fənnin sirləri öyrədilməli olduğu halda, buna heç cür əməl olunmur. Yalnız şəxsi maraq, daha çox var-dövlət qazanmaq istəyi butun bu işləri alt-üst edir. Hələ bunlar azmış kimi, liseyin balansında olan emalatxanalarda heç bir texniki təhlükəsizlik qaydalarına əməl olunmur, vergidən yayınma halları isə mutəmadi olaraq baş verir.
Liseydə dərs bölgüsünün də müəyyən özəllikləri var ki, bunlardan ən əsası ayrı-seçkiliyə yol verilməsidir. Çünki rəhbərlik liseydə çalışan dost-tanışa, münasibətdə olduğu müəllimlərə bölgü zamanı daha çox üstünlük verir, başqalarına isə fərqli formada yanaşır. Şagirdlərin davamiyyətinə gəlincə isə onu qeyd edə bilərik ki, bu sahə də lap utanc vəziyyətdədir. Çünki, şagirdlərin əksəriyyəti sinif otağının üzünü belə görmürlər, onların təqaüdləri isə cənab Zaur müəllimin xeyir-duası ilə mənimsənilir. Elə ki, bu kimi olaylar barədə hər hansı KİV nümayəndəsi müdriyyətin hüzuruna baş çəkir, bu zaman o, özü üçün şan-şöhrət bildiyi yanaşmanı nümayiş etdirir və çox zaman hədə-qorxu gəlməkdən belə çəkinmir.
Məktəbdəki qanunsuzluqlar, baş verən həngamələr haqda bizi bilgiləndirən mənbə bildirir ki, özünü İsmayılı peşə məktəbinin əlçatmaz “fironu” hesab edən Zaur müəllimin, bu cür fironluğunun bir səbəbi var ki, o da onun rayonda bəzi yüksək çinli vəzifə sahibləri ilə bağlılığının olmasıdır. Hələ bunlar harasıdır, onun tez-tez müxtəlif vəzifələrdə çalışmış vəzifə sahiblərinin adından sui-istifadə etməsi də, bu gün lap dəb şəklini alıb.
Araşdırmamız davam edəcək.

Abdulla