backend

İlham Əliyev Bakı şəhəri Vergilər Departamentini ləğv etdi

İlham Əliyev Bakı şəhəri Vergilər Departamentini ləğv etdi






















Prezident sərəncam imzalayıb

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fevralın 2-də imzaladığı sərəncamla Azərbaycanın Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti ləğv edilib.

qaynarxett.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Nazirliyin strukturu haqqında qərarın 3-cü hissəsi (Bakı şəhəri Vergilər Departamenti) ləğv edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktların və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.